"iOS" mobil proqram təminatının yaradılması üzrə mühəndis / iOS Developer / IT

Date: Mar 12, 2026

Location: Baku, AZ

Company: Azercell Telecom LLC

 

Azercell haqqında

 

Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.

 

Əsas öhdəliklər:

 

  • Verilmiş dizayna uyğun istifadəçi interfeyslərin yığılması və lazımi hallarda dizaynerlərə geribildirim və təklifin verilməsi
  • Kodun ən son kodlaşdırma təcrübələrinə uyğun olduğunun təmin olunması
  • API-lərdən düzgün istifadə məqsədi ilə backend proqramçıları ilə sıx əməkdaşlıq edilməsi
  • Mobil platforma dizaynı və məhsul viziyonunu işləyən funksionala çevirmək ilə birbaşa istifadəçi və sistem arasında qarşılıqlı əlaqəyə təsir etməsi
  • Mobil proqramçı sürətlə dəyişən texnologiyalardan xəbərdar olmalı və yeniliklərə açıq olmalıdır.

 

Tələb olunan bilik və bacarıqlar :

 

  • Təhsil: Kompüter Elmləri və ya müvafiq texniki sahə üzrə Bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili - əla, İngilis dili - orta
  • İş Təcrübəsi: 2+ il iOS mobil proqram təminatının yaradılması üzrə iş təcrübəsi

 

Arzu olunan bilik və bacarıqlar:

 

  • Alqoritmlər və Verilənlərin strukturları
  • Obyekt yönümlü proqramlaşdırma bilikləri
  • Swift
  • UIKit/SwiftUI
  • Autolayout
  • Swift package manager
  • Combine
  • GCD
  • Networking
  • MVVM, MVC
  • REST
  • Dependency injection
  • Unit və inteqrasiya testlərinin yazılması bacarığı
  • Git

 

Üstünlük kimi nəzərə alınacaq:

 

  • Agile metodologiyası üzrə təcrübə
  • Kros-funksional agile komandalarında təcrübəsi olan namizədlərə üstünlük veriləcək
  • Yüksək səviyyədə analitik bacarıqlar
  • Yeni trend və texnologiyalardan daima məlumatlı olmaq
  • Komandada işləmək bacarığına sahib olmalıdı

 

Sizə nə təklif edirik:

 

Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:

 

  • Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq
  • Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı
  • İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı
  • Hibrid iş mühiti – Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti
  • Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma
  • İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti

 

Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.

 

Son müraciət tarixi: 31.03.2026