Xidmətlərin və Məhsulların Konfiqurasiyası üzrə Aparıcı Mühəndis / İT Departamenti (Ştatdankənar)

Date: May 11, 2026

Location: Baku, AZ

Company: Azercell Telecom LLC

Azercell haqqında

 

Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.

 

Əsas öhdəliklər:

 

  • Yeni məhsul və xidmətlərin yaradılması və cari məhsul və xidmətlərdə dəyişikliklərin edilməsi;
  • Məhsul və xidmətlərin istehsalatda kəsinitisiz işləməsinə texniki dəstəyin verilməsi;
  • İstək və şikayətlərin həll edilməsi;
  • Məhsulların və xidmətlərin keyfiyyətini təmin etmək üçün əvvəlcədən istehsalın qəbul edilməsi testini aparmaq;
  • Mövcud xidmətlər və məhsullarda xətaları və ya çatışmazlıqları müəyyən etmək və uyğun həll yollarını hazırlamaq;
  • Yeni xidmətlərin tətbiqi ilə bağlı sistemin imkanlarının araşdırılması və lazımi testlərinin aparılması;
  • Proqram təminatını istehsalata daşınmasından öncə müvafiq keyfiyyətə nəzarət və yoxlamaların edilməsi;
  • Yeni xidmət növlərinin və ödəmə üsullarının tətbiq edilməsi;
  • İstismarda olan məhsul və xidmətlərin idarə olunması və lazımi sənədlərin yaradılması;
  • Məhsul və xidmətlərlə bağlı tələblərin araşdırılması və uyğun həll yolunun təklif edilməsi;
  • Dəyişikliyin icrası üçün texniki koordinasiyanın təmin olunması.

 

Tələb olunan təcrübə, bilik və texniki bacarıqlar:

 

  • Unix/Linux əməliyyat sistemləri ilə işləmək bacarığı;
  • Scriptlərin yaradılması (shell, Python);
  • Relation Database (Oracle, MySQL, MsSQL, MariaDB) və SQL ilə işləmə bacarıqları;
  • Ericsson Charging system ilə iş bacarığı;
  • Telekommunikasiya sahəsində biliklər;
  • XML, HTML bilikləri arzuolunandır.

 

Üstünlük kimi nəzərə alınacaq:

 

  • Azercell Telekom MMC-nin xidmət, tarif və kampaniyaları haqqında məlumat;
  • Analiz bacarıqları - verilən tapşırıqların/məlumatın müstəqil tədqiq etmə;
  • Ünsiyyat qurma bacarığı;
  • Təqdimatların və hesabatların yaradılması bacarığı;
  • Stres şəraitində işləmə bacarığı;
  • Alqoritmik düşüncə.

 

Sizə nə təklif edirik:

 

Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:

 

  • Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq
  • Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı
  • İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı
  • Hibrid iş mühiti – Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti
  • Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma
  • İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti

 

Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.