Xüsusi Əhəmiyyətli Şirkətlərə və İri Bizneslərə Satış koordinatoru / Key Accounts Manager

Date: Dec 9, 2025

Location: Baku, AZ

Company: Azercell Telecom LLC

Azercell haqqında

 

Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.

 

 

Əsas öhdəliklər:

• Portfelə daxil olan korporativ müştərilərə Azercell-in korporativ xidmətlərinin, məhsullarının və həllərinin satışı

• Portfel üzrə yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştərilərin saxlanılması

• Mövcud korporativ müştərilərdən əldə olunan gəlirin artırılması, onlarla yeni əməkdaşlıq sahələrinin inkişaf etdirilməsi və aktiv şəkildə yeni satış imkanlarının axtarılması

• B2B Satış planına uyğun olaraq portfel üzrə rüblük, aylıq və illik satış hədəflərinə nail olunması

• Portfeldəki mövcud korporativ müştərilərin gəlir analizinin müvafiq hesabatlar (gündəlik, həftəlik və aylıq) vasitəsilə aparılması və izlənilməsi

• Bazarda rəqiblərin fəaliyyətinin təhlil edilməsi

• Korporativ müştərilərin fəaliyyəti haqqında müvafiq məlumatların toplanması, bu məlumatların məxfiliyinin təmin olunması və mütəmadi olaraq yoxlanılması

• Portfelə daxil olan Azercell-in korporativ müştərilərinə korporativ xidmətlər, məhsullar və həllər barədə uyğun məsləhətlərin verilməsi

• Azercell-in korporativ xidmətləri, məhsulları və həlləri ilə bağlı korporativ müştərilərin təklif və şikayətlərinin toplanması və müvafiq şöbələrə çatdırılması

• Portfelə daxil olan mövcud və potensial korporativ müştərilər tərəfindən elan olunan müvafiq tenderlərdə iştirak edilməsi və tender və biznes tələblərinə uyğun şəkildə Azercell-in korporativ xidmətlərinin, məhsullarının və həllərinin təklif edilməsi

• Azercell-in korporativ müştəriləri ilə sağlam və səmimi münasibətlərin qurulması və inkişaf etdirilməsi

• Azercell-in korporativ müştəriləri ilə danışıqların və müzakirələrin aparılması

 

Axtardığımız namizədə tələblər:

• Biznes, Marketinq, Kommersiya, Strategiya və ya İqtisadiyyatla bağlı ixtisas üzrə bakalavr və ya magistr dərəcəsi

• Korporativ satış sahəsində 2–3 illik iş təcrübəsi. Telekom sahəsində təcrübə üstünlükdür

• Azərbaycan və Rus dillərində yazılı və şifahi ünsiyyət bacarıqları – sərbəst səviyyə; İngilis dilində yazılı və şifahi bacarıqlar

• İnformasiya texnologiyaları və Telekom məhsulları və həlləri, həmçinin ən son trendlər barədə sübut olunmuş texnoloji bilik və məlumatlılıq

• MS Office və onun funksionallıqları üzrə yaxşı biliklər

• Statistik analiz proqramları və alətlərindən istifadə təcrübəsi

• Müştəri Münasibətlərinin İdarə Edilməsi (CRM) platformalarının satışla bağlı modulları üzrə yaxşı bilik

• ERP (Enterprise Resource Planning) platformaları üzrə yaxşı bilik

• Lead generation, hesabların idarə edilməsi, portfelin idarə olunması və müqavilələrin bağlanması da daxil olmaqla korporativ satış prosesləri üzrə təcrübə

• Biznes göstəriciləri (KPİ-lər) haqqında güclü anlayış və büdcə idarəetmə bacarığı

• Layihələri icra etmək bacarığı

• Danışıqlar aparmaq bacarığı

• B kateqoriyası sürücülük vəsiqəsi

 

Sizə nə təklif edirik:

 

Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:

 

  • Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq
  • Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı
  • İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı
  • Sağlamlıq və rifah dəstəyi – Geniş əhatəsi olan tibbi sığorta və rifah təşəbbüsləri
  • Hibrid iş mühiti– Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti
  • Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma
  • İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti

 

Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.

 

About Azercell


At Azercell, we're shaping a sustainable digital future as Azerbaijan’s #1 provider of mobile, fixed, and B2B solutions. We lead with innovation, building secure and scalable infrastructure, accelerating digital adoption, and delivering seamless experiences for individuals, businesses, and the public sector. Powered by data, AI, and automation — and driven by a skilled, inclusive team — we operate with agility, trust, and a commitment to creating long-term value for our people and communities.


Your key responsibilities:

  • Sales of Azercell’s corporate services, products and solutions to corporate customers in Portfolio
  • Acquisition of new corporate customers and retention of exiting ones in Portfolio
  • Increasing of revenue from existing corporate customers in Portfolio, develop new cooperation areas with them and actively seek new sales opportunities
  • Achieving of quarterly, monthly and annual sales targets according to B2B Sales plan in accountable Portfolio
  • Conducting and monitoring revenue analysis of existing corporate customers in Portfolio through relevant reports (daily, weekly and monthly)
  • Conducting analysis of competitors' activities in the market
  • Collecting relevant information about activities of corporate customers and ensuring the confidentiality of this information, along with regular verification
  • Providing relevant consultations to Azercell’s corporate customers in Portfolio regarding corporate services, products, and solutions
  • Collecting corporate customers' suggestions and complaints regarding Azercell’s corporate services, products, and solutions, and delivering them to the relevant departments
  • Participating in relevant tenders announced by existing and potential corporate customers in Portfolio and offering Azercell's corporate services, products, and solutions in accordance with the tender and business requirements
  • Customer Relationship Management:
  • Establishing and developing healthy and sincere relationships with Azercell’s corporate customers

 

  • Conducting negotiations and discussions with Azercell’s corporate customers

 

What we look for:

  • Bachelor’s or Master’s degree in a Business, Marketing, Commerce, Strategy, or Economics-related discipline
  • 2-3 years of experience in corporate sales. Experience in Telecom is an advantage
  • Written and spoken skills in Azerbaijani and Russian – fluent level, written and spoken skills in English
  • Proven technological expertise and awareness of Information Technologies and Telecom products and solutions, as well as the latest trends.
  • Good knowledge of MS Office and its functionalities
  • Experience using statistical analysis software and tools
  • Good knowledge of sales-related modules of Customer Relationship Management platforms
  • Good knowledge of Enterprise Resource Planning platforms
  • Expertise in Corporate sales processes, including lead generation, account management, portfolio management and agreement conclusion
  • Strong grasp of business metrics (KPİs) and the ability to manage budgets
  • Ability to deliver projects
  • Negotiation skill
  • Driving license B category


What we offer you:


At Azercell, we believe our people are our greatest strength. When you join our team, you become part of a forward-thinking, purpose-driven company that values innovation, collaboration, and personal growth. Here's what you can expect:

•    A Purposeful Career – Be part of projects that shape the digital future of Azerbaijan.
•    Continuous Learning & Development – Access to exclusive training, e-learning platforms, and career growth programs.
•    Innovative Work Environment – Join a team that embraces new ideas and technologies.
•    Health & Wellbeing Support – Comprehensive medical insurance and wellness initiatives.
•    Flexible work arrangements: Our flexible work policies empower you to balance your professional and personal life, fostering a culture of trust and autonomy.
•    Competitive Compensation Package – Fair and performance-based rewards.
•    Inclusive Culture – A diverse, respectful, and empowering workplace where every voice matters.

 

Are you ready to shape your future with confidence? Apply today.