Security Systems Senior Administrator - Operational Resilience / Əməliyyatların Dayanıqlılığı Bölümü

Date: Dec 11, 2025

Location: Baku, AZ

Company: Azercell Telecom LLC

Azercell haqqında

Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.

 

Əsas öhdəliklər:

 

  • Təhlükəsizlik və mühitə nəzarət sistemlərinin (CCTV, girişə nəzarət, yanğın təhlükəsizliyi, su sızması, rütubət və temperatur nəzarəti platformaları) quraşdırılması, optimallaşdırılması və vaxtında yenilənməsi.
  • CCTV kameralarının yerləşdirilməsi, görüntülərin saxlanma müddəti və yaddaşın təhlükəsiz idarə olunmasına nəzarət edərək fasiləsiz iş prinsiplərini və məlumatların bütövlüyünü təmin etmək.
  • Daimi, müvəqqəti və ziyarətçilər üçün giriş kartlarının və biometrik identifikatorların verilməsini və idarə edilməsini prosedurlara uyğun həyata keçirmək.
  • Təhlükəsizlik infrastrukturunun fasiləsiz işləməsini təmin etmək, vaxtında yeniləmələr aparmaq və daxili qaydalarla yanaşı normativ tələblərə uyğunluğunu qorumaq.
  • Kritik təhlükəsizlik və monitorinq sistemlərinin planlı testlərini icra etmək, nəticələri sənədləşdirmək və tələb olunan inkişaf tədbirləri həyata keçirmək.
  • Yeni xəbərdarlıq və təhlükəsizlik sistemlərinin monitorinq və idarəetmə platformasına inteqrasiyasını həyata keçirmək.
  • Auditlərdə və insident araşdırmalarında dəqiq qeydiyyat və hesabatlar vasitəsilə dəstək göstərmək.
  • Sistem nasazlıqlarına, eskalasiyalara və fövqəladə hallara çevik reaksiya vermək və operativ texniki dəstək göstərmək.
  • CCTV, girişə nəzarət, yanğınsöndürmə kontrollerləri və digər siqnalizasiya sistemləri üçün monitorinq panelləri, “health check” prosesləri və avtomatlaşdırılmış xəbərdarlıqlar tətbiq edərək infrastrukturun davamlılığını təmin etmək.
  • Təhlükəsizlik sistemlərinin dayanıqlığını qorumaq üçün podratçılarla əməkdaşlığı idarə etmək və xidmət müqavilələrinə nəzarət etmək.
  • Təhlükəsizlik infrastrukturuna dair profilaktik texniki xidmətlərin və təcili təmir işlərinin podratçılar tərəfindən vaxtında və keyfiyyətli icrasını təmin etmək.

 

Axtardığımız namizədə tələblər:

 

  • Təhlükəsizlik sistemlərinin (CCTV, girişə nəzarət, yanğın siqnalizasiya) idarə olunması və ya inteqrasiyası üzrə minimum 3 il təcrübə.
  • IP sistemləri və şəbəkə texnologiyaları üzrə biliklər.
  • Bina İdarəetmə Sistemləri (BMS) prinsiplərini bilmək.
  • Təhlükəsizlik infrastrukturu üçün redundans, failover mexanizmləri və fəlakətdən bərpa (DR) testləri haqqında bilik.
  • Sənədləşmənin düzgün və vaxtında aparılmasının əhəmiyyətini anlayaraq güclü idarəetmə bacarıqları.
  • Yaxşı ünsiyyət bacarıqları.
  • Sürücülük vəsiqəsi.

 

Arzu Olunan Bacarıqlar:

  • Honeywell, Suprema, Milestone və Hikvision kimi istehsalçıların sistemləri ilə işləmə təcrübəsi.
  • BMS, DCIM həlləri ilə işləmə təcrübəsi.
  • Redundans planlaşdırılması və data mərkəzi infrastrukturunun idarə olunması təcrübəsi.

 

Təhsil və Bacarıqlar:

 

  • İnformasiya Texnologiyaları, Elektronika, Telekommunikasiya, Təhlükəsizlik İdarəçiliyi və ya oxşar texniki sahədə bakalavr pilləsi (Magistr pilləsi üçün üstünlük verilir).
  • İstehsalçı üzrə əlavə təlim və sertifikatlar (Honeywell, Milestone, Suprema) üstünlükdür.

 

Dil bilikləri:

  • Azərbaycan və ingilis dilli - yüksək yazılı və şifahi ünsiyyət bacarığı
  • Rus dili – üstünlük verilir.

 

Sizə nə təklif edirik:

 

Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:

 

  • Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq
  • Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı
  • İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı
  • Sağlamlıq və rifah dəstəyi – Geniş əhatəsi olan tibbi sığorta və rifah təşəbbüsləri
  • Hibrid iş mühiti– Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti
  • Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma
  • İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti

 

Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.

 

About Azercell


At Azercell, we're shaping a sustainable digital future as Azerbaijan’s #1 provider of mobile, fixed, and B2B solutions. We lead with innovation, building secure and scalable infrastructure, accelerating digital adoption, and delivering seamless experiences for individuals, businesses, and the public sector. Powered by data, AI, and automation — and driven by a skilled, inclusive team — we operate with agility, trust, and a commitment to creating long-term value for our people and communities.


Your key responsibilities:

  • Installation, optimisation, and timely upgrading of security and environmental monitoring systems (CCTV, access control, fire safety, water-leak detection, humidity and temperature control platforms).
  • Ensuring continuous operation and data integrity by overseeing CCTV camera placement, video retention periods, and secure storage management.
  • Issuing and managing access cards and biometric identifiers for permanent staff, temporary workers, and visitors in full compliance with procedures.
  • Maintaining uninterrupted operation of the security infrastructure, performing timely updates, and ensuring adherence to both internal policies and regulatory requirements.
  • Executing scheduled tests of critical security and monitoring systems, documenting results, and implementing required improvement measures.
  • Integrating new alerting and security systems into the central monitoring and management platform.
  • Supporting audits and incident investigations through accurate documentation and reporting.
  • Responding promptly to system failures, escalations, and emergencies, providing fast and efficient technical support.
  • Ensuring infrastructure resilience by implementing monitoring panels, health-check processes, and automated alerts for CCTV, access control, fire suppression controllers, and other alarm systems.
  • Managing collaboration with contractors to maintain the reliability of security systems and overseeing service agreements.
  • Ensuring timely and high-quality delivery of preventive maintenance and urgent repair works performed by contractors for all security infrastructure components.

 

Requirements:

 

  • Minimum 3 years of experience in managing or integrating security systems (CCTV, access control, fire alarm).
  • Knowledge of IP systems and network technologies.
  • Understanding of Building Management System (BMS) principles.
  • Knowledge of redundancy, failover mechanisms, and disaster recovery (DR) testing for security infrastructure.
  • Strong organizational skills with an understanding of the importance of accurate and timely documentation.
  • Good communication skills.
  • Valid driver's license. 

 

Desired Skills:

 

  • Hands-on experience working with systems from manufacturers such as Honeywell, Suprema, Milestone, and Hikvision.
  • Experience working with BMS and DCIM solutions.
  • Proven expertise in redundancy planning and managing data center infrastructure.

 

Education & Skills:

 

  • Bachelor’s degree in Information Technology, Electronics, Telecommunications, Security Management, or a related technical field (Master’s degree is an advantage).
  • Additional vendor-specific training and certifications (Honeywell, Milestone, Suprema) are considered a plus.

 

Language Skills:

 

  • Azerbaijani and English - strong written and verbal communication skills.
  • Russian - an advantage.

 

What we offer you:


At Azercell, we believe our people are our greatest strength. When you join our team, you become part of a forward-thinking, purpose-driven company that values innovation, collaboration, and personal growth. Here's what you can expect:

•    A Purposeful Career – Be part of projects that shape the digital future of Azerbaijan.
•    Continuous Learning & Development – Access to exclusive training, e-learning platforms, and career growth programs.
•    Innovative Work Environment – Join a team that embraces new ideas and technologies.
•    Health & Wellbeing Support – Comprehensive medical insurance and wellness initiatives.
•    Flexible work arrangements: Our flexible work policies empower you to balance your professional and personal life, fostering a culture of trust and autonomy.
•    Competitive Compensation Package – Fair and performance-based rewards.
•    Inclusive Culture – A diverse, respectful, and empowering workplace where every voice matters.

 

Are you ready to shape your future with confidence? Apply today.