Robotic Process Automation (RPA) Developer
Date: Jul 2, 2026
Location: Baku, AZ
Company: Azercell Telecom LLC
Azercell haqqında:
Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.
Biz real biznes problemlərini həll etməyə, innovativ avtomatlaşdırma həlləri yaratmağa və rəqəmsal ekosistemimizin inkişafına töhfə verməyə həvəsli RPA Developer-lər axtarırıq.
İstər avtomatlaşdırma sahəsində karyeranıza yeni başlayırsınız, istərsə də iri miqyaslı RPA layihələri üzrə təcrübəli mütəxəssis olasınız – sizi komandamızda görməkdən məmnun olarıq!
Siz komandamızın bir hissəsi olaraq:
biznes proseslərinin avtomatlaşdırılması üçün innovativ həllərin hazırlanması, inkişaf etdirilməsi və dəstəklənməsində iştirak edəcəksiniz. Hazırladığınız həllər biznes proseslərinin daha səmərəli idarə olunmasına və müştəri təcrübəsinin daha da yaxşılaşdırılmasına töhfə verəcək.
Təcrübə səviyyənizdən asılı olaraq fəaliyyətiniz aşağıdakı istiqamətlərdən ibarət olacaq:
- UiPath platformasından istifadə edərək avtomatlaşdırma həllərini hazırlayacaq, inkişaf etdirəcək, test edəcək və tətbiq edəcəksiniz.
- Etibarlı, miqyaslana bilən və təkrar istifadə oluna bilən avtomatlaşdırma prosesləri hazırlayacaqsınız.
- Biznes Analitikləri və digər maraqlı tərəflərlə əməkdaşlıq edərək biznes tələblərini avtomatlaşdırma həllərinə çevirəcəksiniz.
- Botların verilənlər bazaları, API-lər, SAP, CRM, ERP və digər korporativ sistemlərlə inteqrasiyasını həyata keçirəcəksiniz.
- UiPath Orchestrator vasitəsilə avtomatlaşdırma proseslərini izləyəcək, yaranan problemləri aradan qaldıracaq və həllərin davamlı təkmilləşdirilməsini təmin edəcəksiniz.
- Kod icmallarında (Code Review) iştirak edəcək və proqramlaşdırma standartlarının inkişafına töhfə verəcəksiniz.
- Texniki sənədləri hazırlayacaq və onların mütəmadi yenilənməsini təmin edəcəksiniz.
- Mövcud avtomatlaşdırma həllərini dəstəkləyəcək və optimallaşdıracaq, eyni zamanda yeni avtomatlaşdırma imkanlarını müəyyənləşdirəcəksiniz.
- Süni intellekt əsaslı avtomatlaşdırma, Document Understanding, Process Mining və digər innovativ texnologiyaları araşdıracaq və onların tətbiqinə töhfə verəcəksiniz.
- Təcrübəniz artdıqca junior əməkdaşlara mentorluq edəcək və mürəkkəb texniki layihələrdə texniki liderlik rolunu öz üzərinizə götürəcəksiniz.
Biz kimləri axtarırıq:
- RPA alətləri və ya proqram təminatının hazırlanması sahəsində təcrübəsi olan (staj proqramları, akademik və ya şəxsi layihələr də nəzərə alınır);
- Proqramlaşdırma məntiqi və idarəetmə strukturları üzrə baza biliklərinə malik olan (VB.NET, C# və ya oxşar proqramlaşdırma dilləri);
- UiPath Studio platforması üzrə baza biliklərinə malik olan (UiPath Academy, təhsil və ya özünüinkişaf yolu ilə əldə edilmiş biliklər qəbul edilir);
- Windows əməliyyat sistemi və Microsoft Office proqramları ilə işləmək bacarığı olan;
- Detallara diqqətli, öyrənməyə həvəsli və texniki sənədlərin hazırlanması üzrə yaxşı yazılı ünsiyyət bacarıqlarına malik olan;
- Kompüter Elmləri, İnformasiya Texnologiyaları, Mühəndislik və ya əlaqəli ixtisas üzrə bakalavr dərəcəsi və ya bu sahədə ekvivalent praktiki bilik və təcrübəsi olan namizədlər.
Sizə nə təklif edirik:
Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:
- Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq;
- Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı;
- İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı;
- Sağlamlıq və rifah dəstəyi – Geniş əhatəsi olan tibbi sığorta və rifah təşəbbüsləri;
- Hibrid iş mühiti– Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti;
- Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma;
- İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti.
Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.
About Azercell
At Azercell, we're shaping a sustainable digital future as Azerbaijan’s #1 provider of mobile, fixed, and B2B solutions. We lead with innovation, building secure and scalable infrastructure, accelerating digital adoption, and delivering seamless experiences for individuals, businesses, and the public sector. Powered by data, AI, and automation — and driven by a skilled, inclusive team — we operate with agility, trust, and a commitment to creating long-term value for our people and communities.
We're looking for passionate RPA Developers who are eager to solve real business challenges, build innovative automation solutions, and make a measurable impact across our digital ecosystem.
Whether you're just starting your automation journey or already leading enterprise-scale RPA initiatives, we'd love to hear from you.
As part of our team, you will:
you'll design, develop, and maintain automation solutions that improve business efficiency and enhance customer experience.
Depending on your experience, you will:
- Design, develop, test, and deploy automation solutions using UiPath.
- Build reliable, scalable, and reusable automation workflows following industry best practices.
- Collaborate with Business Analysts and stakeholders to transform business requirements into automation solutions.
- Integrate bots with enterprise applications, databases, APIs, SAP, CRM, ERP, and other business systems.
- Monitor, troubleshoot, and continuously improve automations using UiPath Orchestrator.
- Participate in code reviews and contribute to development standards and best practices.
- Prepare and maintain technical documentation.
- Support and optimize existing automations while identifying opportunities for further process improvements.
- Explore emerging intelligent automation technologies, including AI-powered solutions, Document Understanding, Process Mining, and other innovative capabilities.
- Mentor junior team members and provide technical leadership on complex
We're Looking For
- Experience with RPA tools or general software development; internships, academic projects, or coursework-based exposure count.
- Basic understanding of programming logic and control flow (e.g., VB.NET, C#, or similar).
- Familiarity with UiPath Studio fundamentals, gained through coursework, self-study, or UiPath Academy training.
- Comfortable working with Windows OS and Microsoft Office applications.
- Strong attention to detail, a willingness to learn, and clear written communication for documentation and defect reporting.
- Bachelor's degree in Computer Science, Information Technology, Engineering, or a related field (or equivalent practical experience, bootcamp training, or self-study).
What we offer you:
At Azercell, we believe our people are our greatest strength. When you join our team, you become part of a forward-thinking, purpose-driven company that values innovation, collaboration, and personal growth. Here's what you can expect:
• A Purposeful Career – Be part of projects that shape the digital future of Azerbaijan.
• Continuous Learning & Development – Access to exclusive training, e-learning platforms, and career growth programs.
• Innovative Work Environment – Join a team that embraces new ideas and technologies.
• Health & Wellbeing Support – Comprehensive medical insurance and wellness initiatives.
• Flexible work arrangements: Our flexible work policies empower you to balance your professional and personal life, fostering a culture of trust and autonomy.
• Competitive Compensation Package – Fair and performance-based rewards.
• Inclusive Culture – A diverse, respectful, and empowering workplace where every voice matters.
Are you ready to shape your future with confidence? Apply today.