RPA Biznes Analitiki/RPA Business Analyst

Date: Dec 18, 2025

Location: Baku, AZ

Company: Azercell Telecom LLC

 

Azercell haqqında:

 

Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.

 

Əsas öhdəliklər:

 

  • Biznes proseslərinin avtomatlaşdırılması üçün potensial namizəd olub-olmadığını müəyyən etmək və prioritetləşdirmək məqsədilə qiymətləndirmələr aparmaq.

  • Biznes tələblərini toplamaq və sənədləşdirmək üçün maraqlı tərəflərlə əməkdaşlıq etmək. 
  • Proseslə bağlı riskləri, fərziyyələri və asılılıqları anlamaq və qiymətləndirmək.
  • Biznes tələblərini aydın və strukturlaşdırılmış Proses Təsviri Sənədlərinə (PDD) çevirmək və texniki komanda ilə birlikdə Həll Dizayn Sənədlərinin (SDD) hazırlanmasına dəstək vermək.
  • Bütün proses üzrə ssenariləri, istisnaları və gözlənilən nəticələri əhatə edən İstifadəçi Qəbul Testi (UAT) sənədlərini hazırlamaq və ya proses sahibinə bu sənədlərin hazırlanmasında dəstək olmaq.
  • Layihə müddətində biznes və texniki komandalar arasında əlaqələndirici rolunu yerinə yetirmək.
  • RPA Tərtibatçıları ilə əməkdaşlıq edərək həll dizaynını anlamaq və təqdim edilən həllin biznes tələblərinə uyğun olmasını təmin etmək üçün lazımi dəstəyi göstərmək.
  • Həllin test və tətbiq mərhələlərində məsləhətçi qismində iştirak etmək.
  • Avtomatlaşdırılmış həllin hazırlanması və test mərhələlərində yaranan sualları cavablandırmaq üçün tərtibatçılar və proses sahibləri ilə əlaqə saxlayaraq biznes prosesləri üzrə mərkəzləşdirilmiş bilik və nəzarət nöqtəsi kimi çıxış etmək.

 

 

Axtardığımız namizədə tələblər:

 

  • Biznesin idarə olunması, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.

  • Biznes proseslərinin avtomatlaşdırılması, məhsul idarəçiliyi, proseslərin dizaynı və optimallaşdırılmasına fokuslanmaqla İT Biznes Analitiki kimi minimum 1–2 il iş təcrübəsi. 
  • Automation Anywhere, UiPath, Blue Prism və s. kimi RPA alət və texnologiyaları ilə tanışlıq üstünlükdür.
  • Mürəkkəb biznes proseslərini anlamaq bacarığına malik güclü analitik və problem həll etmə qabiliyyəti. 
  • Müxtəlif maraqlı tərəflərlə effektiv əməkdaşlıq üçün əla ünsiyyət bacarığı.
  • Layihə idarəetmə prinsipləri və təcrübələri üzrə anlayış.
  • Azərbaycan və İngilis dillərində güclü şifahi və yazılı ünsiyyət bacarıqları.
  • Layihə idarəetməsi üzrə sertifikatların olması üstünlükdür.
  • Həm müstəqil, həm də komanda şəklində işləmək bacarığı.
  • Tez öyrənmə qabiliyyəti.

 

Üstünlük olaraq hesab edilir:

 

  • UiPath üzrə sertifikat (məsələn, UiPath RPA Business Analyst Associate və ya Professional).

 

 

Sizə nə təklif edirik: 

 

Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:

 

  • Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq;
  • Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı;
  • İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı;
  • Sağlamlıq və rifah dəstəyi – Geniş əhatəsi olan tibbi sığorta və rifah təşəbbüsləri;
  • Hibrid iş mühiti– Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti;
  • Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma;
  • İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti.

 

Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.

 

 

About Azercell


At Azercell, we're shaping a sustainable digital future as Azerbaijan’s #1 provider of mobile, fixed, and B2B solutions. We lead with innovation, building secure and scalable infrastructure, accelerating digital adoption, and delivering seamless experiences for individuals, businesses, and the public sector. Powered by data, AI, and automation — and driven by a skilled, inclusive team — we operate with agility, trust, and a commitment to creating long-term value for our people and communities.


Your key responsibilities:

 

  • Conduct assessments to identify and prioritize business processes that are potential candidates for automation.

  • Collaborate with stakeholders to gather and document business requirements.

  • Understand the risks, assumptions, and dependencies related to the process.

  • Translate business requirements into clear, structured Process Definition Documents (PDDs) and support the creation of Solution Design Documents (SDDs) with the technical team.

  • Create User Acceptance Testing (UAT) documents, or support the process owner in doing so, which outline all scenarios, exceptions, and their expected outcomes across the entire process.

  • Act as a liaison between business stakeholders and technical teams throughout the project lifecycle.

  • Collaborate with RPA Developers to understand the solution design and provide the necessary support to ensure the delivered solution meets the business requirements.

  • Participate as a consultant during the testing and production deployment phases of the solution.

  • Act as a centralized source of knowledge and control for business processes by communicating with developers and process owners to answer any questions arising during the development and testing of the automated solution. 


What we look for:

 

  • Bachelor's degree in business administration, Computer Science, or a related field.
  • Minimum 1-2 years of proven experience as an IT Business Analyst with a focus on business process automation, product management, process design and optimization.
  • Familiarity with RPA tools and technologies, such as Automation Anywhere, UiPath, Blue Prism etc is an advantage.
  • Strong analytical and problem-solving skills, with the ability to understand complex business processes.
  • Excellent communication and interpersonal skills to effectively collaborate with diverse stakeholders.
  • Solid understanding of project management principles and practices.
  • Strong verbal and written communication skills in Azerbaijani and English languages.
  • Certifications in project management is an advantage.
  • Ability to work independently and as part of a team in a fast-paced environment interacting with stakeholders at different levels.
  • Ability to learn quickly in a fast-paced environment.

    Preferred Skills:

 

  • Certification in UiPath (e.g., UiPath RPA Business Analyst Associate or Professional). 


What we offer you:


At Azercell, we believe our people are our greatest strength. When you join our team, you become part of a forward-thinking, purpose-driven company that values innovation, collaboration, and personal growth. Here's what you can expect:
•    A Purposeful Career – Be part of projects that shape the digital future of Azerbaijan.
•    Continuous Learning & Development – Access to exclusive training, e-learning platforms, and career growth programs.
•    Innovative Work Environment – Join a team that embraces new ideas and technologies.
•    Health & Wellbeing Support – Comprehensive medical insurance and wellness initiatives.
•    Flexible work arrangements: Our flexible work policies empower you to balance your professional and personal life, fostering a culture of trust and autonomy.
•    Competitive Compensation Package – Fair and performance-based rewards.
•    Inclusive Culture – A diverse, respectful, and empowering workplace where every voice matters.

 

Are you ready to shape your future with confidence? Apply today.