Proqram Təminatı Sistemlərinin İstismarı Mühəndisi - DevOps Engineer (IT/Hybrid)
Apply now »Date: Aug 16, 2026
Location: Baku, AZ
Company: Azercell Telecom LLC
Azercell haqqında
Əsas öhdəliklər:
-
Həvalə edilmiş şirkət daxili yaradılan tətbiqlərin və təchizatçılar tərəfindən təqdim olunan platformaların 24/7 texniki dəstəyi və istismarı;
-
Kəsintiləri, dayanmaları və xətaları minimallaşdırmaq və mümkün ən qısa müddətdə aradan qaldırmaq;
-
Mövcud xidmətlərdə, platformalarda və proqram təminatında xətaları və ya çatışmazlıqları müəyyən etmək və uyğun həll yollarını hazırlamaq;
-
Həvalə edilmiş sistemlərdə problemlərin aradan qaldırılması və həllərin hazırlanması üçün programçılar və təchizatçılar ilə işləmək;
-
Tətbiqləri, yeni və ya dəyişdirilmiş məhsul və xidmətləri test, istehsal kimi uyğun mühitlərə daşımaq;
-
Proqram təminatını istehsalata daşımazdan öncə müvafiq keyfiyyətə nəzarət və yoxlamalarının edilməsi;
-
Səhvləri və çatışmazlıqları aşkar etmək, mövcud xidmətləri, platformaları və proqram təminatını tənzimləmək və məsuliyyət altındakı sistemlər üçün həllər hazırlamaq;
-
Layihə üzvü olaraq müvafiq layihələrdə iştirak etmək;
-
DevOps alətlərini və yanaşmalarını tətbiq edərək, defekt aşkar olma nisbətini, açıq defektlərin ümumi sayını, implementasiya ilə əlaqədar insidentləri və istehsal insidentlərini azaltmaq.
Tələb olunanlar:
- Kompüter Elmləri və ya Riyaziyyat üzrə Ali təhsil
- Azərbaycan dili - əla, ingilis dili - yüksək səviyyədə, rus dili biliyi - arzuolunandır
- İş Təcrübəsi: Uyğun sahədə minimum 1 il
- Texniki araşdırma və təhlil bacarığı
- Əməliyyat sistemi səviyyəsində araşdırma və təhlil üçün alətlərdən istifadə etmə
- OS Linux
- SQL
- Scripting (Bash və ya Python)
- Containers (Docker, Kubernetes)
- CI/CD (Gitlab, Jenkins)
Arzu olunan Bacarıqlar:
- Telekom sahəsində iş təcrübəsi
- Proqramlaşdırma üzrə əsas biliklər
- Unix/Linux əməliyyat sistemlərində system administrator təcrübəsi
- Real rejimli sistemlərlə işləmə bacarığı
- PLSQL ilə işləmə təcrübəsi
- Ansible bilikləri və təcrübəsi
- Kubespray ilə işləmə təcrübəsi
Qeyd: Bu vakansiya ştatdankənar rəsmi əmək müqaviləsi ilə nəzərdə tutulub.
Sizə nə təklif edirik:
Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:
- Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq
- Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı
- İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı
- Hibrid iş mühiti – Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti
- Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma
- İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti
Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.