Fraud, Bad Debt və Kredit Nəzarəti bölümünün kiçik data analitiki/Fraud, Bad Debt & Credit Control
Date: May 12, 2026
Location: Baku, AZ
Company: Azercell Telecom LLC
Azercell haqqında:
Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.
Əsas öhdəliklər:
- Dərin öyrənmə və maşın öyrənməsi alqoritmlərindən istifadə etməklə fırıldaqçılıq ssenarilərinin aşkarlanması, mövcud preventiv modellərin təhlili və optimallaşdırılması.
- Abunəçi davranışlarının və trafik dinamikasının təhlili vasitəsilə potensial fırıldaqçılıq tendensiyalarının və yeni "Fraud" növlərinin müəyyən edilməsi.
- Fırıldaqçılığın idarə edilməsi sistemlərinin monitorinq infrastrukturunun, hesabatlılıq prosedurlarının və məlumat emalı skriptlərinin təkmilləşdirilməsi.
- Aparılan anti-fraud araşdırmalarının nəticəsi olaraq dövri risk hesabatlarının, insident analizlərinin və strateji təqdimatların hazırlanması.
- Real-vaxt rejimində fırıldaqçılıq hallarını bloklayan və ya xəbərdarlıq edən nəzarət mexanizmlərinin dizaynı və tətbiqi.
- Şübhəli trafik anomaliyalarını və potensial fırıldaqçılıq mənşəli gəlir itkilərini müəyyən etmək üçün böyük həcmli data üzərində detallı auditlərin aparılması.
- Beynəlxalq telekommunikasiya fırıldaqçılıq trendlərinin izlənilməsi və bu risklərin şirkətin kommersiya strategiyasına və maliyyə nəticələrinə təsirinin qiymətləndirilməsi.
- Fraud təhqiqatlarının aparılmasında iştirak etmək, fırıldaqçılıq faktlarının maliyyə təsirini hesablamaq və preventiv həllər təklif etmək.
- Fırıldaqçılığa qarşı mübarizə proqramlarının və avtomatlaşdırılmış nəzarət alətlərinin davamlı olaraq inkişaf etdirilməsi.
Axtardığımız namizədə tələblər:
- Kompüter Elmləri, İnformasiya Texnologiyaları, Riyaziyyat, və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi və ya təcrübə
- Azərbaycan dili - əla, ingilis dili - yüksək səviyyədə
- Məlumat strukturları və alqoritmləri hərtərəfli başa düşmək
- Ümumi məlumat keyfiyyətini artırmaq üçün ölçülü məlumat modellərinin yaradılması, dizaynı və qurulması üzrə təcrübə
- Tableau üzrə biliklər
- Python üzrə biliklər
- SQL biliyi
- BI analizində güclü bilik
- Güclü təhlil və ünsiyyət bacarıqları
- Məlumatların praktiki işlənməsi və böyük həcmli məlumatlarla işləmə təcrübəsi
- Detallara diqqət yetirmək
- Vaxtın səmərəli idarəetməsi
- Kaggle yarışlarında uğurlu iştirak üstünlükdür
- Layihənin idarəolunma təcrübəsi üstünlükdür
- Telekom sahədə iş təcrübəsi üstünlükdür
Sizə nə təklif edirik:
Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:
- Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq;
- Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı;
- İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı;
- İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti.
Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.
Son müraciət tarixi: 26.05.2026
About Azercell
At Azercell, we're shaping a sustainable digital future as Azerbaijan’s #1 provider of mobile, fixed, and B2B solutions. We lead with innovation, building secure and scalable infrastructure, accelerating digital adoption, and delivering seamless experiences for individuals, businesses, and the public sector. Powered by data, AI, and automation — and driven by a skilled, inclusive team — we operate with agility, trust, and a commitment to creating long-term value for our people and communities.
Your key responsibilities:
- Detection of fraud scenarios using deep learning and machine learning algorithms, as well as analysis and optimization of existing preventive models.
- Identification of potential fraud trends and new fraud types through the analysis of subscriber behavior and traffic dynamics.
- Improvement of fraud management systems, monitoring infrastructure, reporting procedures, and data processing scripts.
- Preparation of periodic risk reports, incident analyses, and strategic presentations based on anti-fraud investigations conducted.
- Design and implementation of real-time control mechanisms that block or generate alerts for fraud cases.
- Conducting detailed audits on large-scale data to identify suspicious traffic anomalies and potential fraud-related revenue losses.
- Monitoring international telecommunications fraud trends and evaluating their impact on the company’s commercial strategy and financial results.
- Participation in fraud investigations, calculation of the financial impact of fraud cases, and proposal of preventive solutions.
- Continuous enhancement of anti-fraud programs and automated control tools.
What we look for:
- Bachelor’s degree or relevant experience in Computer Science, Information Technology, Mathematics, or a related field
- Azerbaijani — fluent, English — B2
- Strong understanding of data structures and algorithms
- Experience in creating, designing, and building dimensional data models to improve overall data quality
- Knowledge of Tableau
- Knowledge of Python
- SQL knowledge
- Strong knowledge of BI analysis
- Strong analytical and communication skills
- Hands-on experience in data processing and working with large-scale datasets
- Attention to detail
- Effective time management skills
- Successful participation in Kaggle competitions is considered an advantage
- Project management experience is considered an advantage
- Experience in the telecommunications industry is considered an advantage
What we offer you:
At Azercell, we believe our people are our greatest strength. When you join our team, you become part of a forward-thinking, purpose-driven company that values innovation, collaboration, and personal growth. Here's what you can expect:
- A Purposeful Career – Be part of projects that shape the digital future of Azerbaijan;
- Continuous Learning & Development – Access to exclusive training, e-learning platforms, and career growth programs;
- Innovative Work Environment – Join a team that embraces new ideas and technologies;
- Inclusive Culture – A diverse, respectful, and empowering workplace where every voice matters.
Are you ready to shape your future with confidence? Apply today.
Application deadline: 26.05.2026