Brendin İdarə Edilməsi bölümünün aparıcı mütəxəssisi / Brand Management unit senior specialist
Date: May 18, 2026
Location: Baku, AZ
Company: Azercell Telecom LLC
Azercell haqqında
Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.
Əsas öhdəliklər:
- Daxili müştərilərin ehtiyaclarını və biznes məqsədlərini təhlil edərək imic yönümlü kommunikasiya strategiyalarının, platformalarının və planlarının hazırlanmasında və icrasında aparıcı rol oynamaq
- Kopiraytinq üzrə vendorlar və agentliklərlə işləyərək mətnlər hazırlamaq, onları redaktə etmək, həmçinin keyfiyyətə nəzarət etmək, bütün kommunikasiya materiallarında vahid və güclü “brend tonu”nu təmin etmək
- Azərbaycan, ingilis və rus dillərində yazılı məzmun hazırlamaq, tərcümə etmək və yoxlanışı həyata keçirmək
- Şifahi, vizual və video üzrə kommunikasiya materiallarının hazırlanmasına nəzarət etmək, mesajların düzgünlüyünü, tonunu və brendə uyğunluğunu təmin etmək
- TV, Radio, Outdoor və POS materiallarının sifarişini, yerləşdirilməsini və monitorinqini həyata keçirmək
- Kampaniyalar və ya məhsullar üzrə tədbirlərin və BTL fəaliyyətlərin təşkil edilməsi
- Təhkim olunmuş layihələr üzrə kommunikasiya proseslərinin A-dan Z-yə idarə olunmasını həyata keçirmək, xüsusilə imic və brend mövqeləndirmə layihələrinə fokuslanmaq
- Layihələrin bütün mərhələlərinə nəzarət etmək, vaxt qrafiki, büdcə və keyfiyyət standartlarının həyata keçirilməsini təmin etmək
- Vendor və agentliklər üzrə işləri idarə etmək, gündəlik istehsal proseslərinə və təhvil veriləcək məhsulların/nəticələrin keyfiyyətinə nəzarət etmək
- Bütün kommunikasiya materiallarının Azercell-in brend qaydalarına uyğunluğunu təmin etmək, bu uyğunluğun daxili və xarici tərəfdaşlar tərəfindən qorunulmasına nəzarət etmək
- Məlumatların, metriklərin və bazar təcrübələrinin təhlili əsasında kommunikasiya trendlərini müəyyən etmək və onların layihələrdə tətbiqinə təşəbbüs göstərmək
- Mövcud proseslərin optimallaşdırılması və effektivliyinin artırılması istiqamətində təşəbbüslərlə çıxış etmək və icrasında iştirak etmək
- PR-ların yaradılması və ödəniş sənədlərinə nəzarət etmək
- Şirkətdaxili qaydaları, prosedurları və qanunvericiliyin tələblərini yerinə yetirmək, məlumatların məxfiliyini təmin etmək
Axtardığımız namizədə tələblər:
- Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
- Marketinq kommunikasiyaları sahəsində 3–5 il iş təcrübəsi
- Azərbaycan, ingilis və rus dillərində yazılı məzmunun hazırlanması üzrə təcrübə
- Uğurla həyata keçirilmiş marketinq kommunikasiya layihələrini əhatə edən güclü portfolio ilə təsdiqlənmiş marketinq və kommunikasiya təcrübəsi
- Kampaniya və tədbirlərin planlaşdırılması, izlənilməsi, təhlili və nəticələri üzrə hesabatların hazırlanması bacarığı
- Pərakəndə satış və satış nöqtələri üzrə brend marketinqi təcrübəsi
- İnnovativ marketinq və kommunikasiya strategiyalarını hazırlamaq bacarığına malik yaradıcı düşüncə tərzi
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları
- Eyni anda bir neçə layihə ilə məşğul olmaqla güclü təşkilati və layihə idarəetmə bacarıqları
- Müxtəlif funksional komandalarla effektiv əməkdaşlıq etmək qabiliyyəti
Sizə nə təklif edirik:
Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:
- Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq
- Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı
- İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı
- Sağlamlıq və rifah dəstəyi – Geniş əhatəsi olan tibbi sığorta və rifah təşəbbüsləri
- Hibrid iş mühiti – Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti
- Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma
- İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti
Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.
Müraciət üçün son tarix: 31.05.2026
About Azercell
At Azercell, we're shaping a sustainable digital future as Azerbaijan’s #1 provider of mobile, fixed, and B2B solutions. We lead with innovation, building secure and scalable infrastructure, accelerating digital adoption, and delivering seamless experiences for individuals, businesses, and the public sector. Powered by data, AI, and automation — and driven by a skilled, inclusive team — we operate with agility, trust, and a commitment to creating long-term value for our people and communities.
Your key responsibilities:
- Analyze internal client needs and business objectives, taking a leading role in the development and execution of image-driven communication strategies, platforms, and plans.
- Manage and collaborate with copywriting vendors and agencies, ensuring high-quality content creation, editing, and consistency in messaging across all touchpoints.
- Create, translate, and proofread written content in Azerbaijani, English, and Russian to ensure linguistic accuracy and tone consistency.
- Oversee the development of verbal, visual, and video communication materials, ensuring clarity, consistency, and alignment with brand tone of voice.
- Handle the procurement, placement, and monitoring of TV, Radio, Outdoor, and POS materials.
- Organize events and BTL activities for marketing campaigns and product launches.
- Ensure end-to-end management of communication projects, with a strong focus on brand image and positioning initiatives.
- Oversee all stages of project delivery, ensuring strict adherence to timelines, budgets, and quality standards.
- Manage vendor and agency relationships, overseeing daily production processes and the quality of deliverables.
- Ensure all communication materials comply with Azercell and sub-brand guidelines, maintaining consistency across internal teams and external partners.
- Identify communication trends through data analysis, metrics, and best practices, proactively driving their implementation across projects.
- Initiate and contribute to continuous improvement of internal processes and workflows.
- Create PRs (Purchase Requests) and maintain control over payment documentation.
- Ensure full compliance with internal policies, procedures, and legal requirements while maintaining strict confidentiality of information.
What we look for:
- Bachelor’s degree in Marketing, Business Administration, or a related field
- 3–5 years of experience in marketing communications
- Experience in content creation, translation, and copywriting in Azerbaijani, English, and Russian
- Proven experience in marketing and communications, supported by a strong portfolio of successfully delivered projects
- Ability to plan, monitor, analyze, and report on the effectiveness of campaigns and events
- Previous experience in retail and sales point brand marketing
- Creative mindset with the ability to develop innovative marketing and communication strategies
- Excellent written and verbal communication skills
- Strong organizational and project management skills, with the ability to manage multiple projects simultaneously
- Ability to collaborate effectively with cross-functional teams
What we offer you:
At Azercell, we believe our people are our greatest strength. When you join our team, you become part of a forward-thinking, purpose-driven company that values innovation, collaboration, and personal growth. Here's what you can expect:
• A Purposeful Career – Be part of projects that shape the digital future of Azerbaijan.
• Continuous Learning & Development – Access to exclusive training, e-learning platforms, and career growth programs.
• Innovative Work Environment – Join a team that embraces new ideas and technologies.
• Health & Wellbeing Support – Comprehensive medical insurance and wellness initiatives.
• Flexible work arrangements: Our flexible work policies empower you to balance your professional and personal life, fostering a culture of trust and autonomy.
• Competitive Compensation Package – Fair and performance-based rewards.
• Inclusive Culture – A diverse, respectful, and empowering workplace where every voice matters.
Are you ready to shape your future with confidence? Apply today.
Application deadline: 31.05.2026