Biznes Nəzarəti və İnkişafı bölümünün mütəxəssisi / Business Control & Development unit specialist
Date: Feb 25, 2026
Location: Baku, AZ
Company: Azercell Telecom LLC
Azercell haqqında
Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.
Əsas öhdəliklər:
- Aylıq fərq (variance) təhlillərini aparmaq, büdcə, proqnoz, ötən il göstəriciləri və yayınma nöqtələrini müqayisəli şəkildə analiz etmək.
- Müxtəlif maliyyə və idarəetmə hesabatları üzrə daxili yoxlama mexanizmlərini hazırlamaq və tətbiq etmək.
- Məhsul və tariflərin bazar performansını təhlil etmək, kommersiya nəticələrinə təsirini qiymətləndirmək.
- Biznes nəticələri, maliyyə performansı və strateji təşəbbüslər üzrə təqdimatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Biznes trendlərini mütəmadi izləmək, risk və təhlükələri öncədən müəyyən edərək proaktiv xəbərdarlıqlar vermək.
- İllik və dövri planlama və proqnozlaşdırma proseslərini hazırlamaq, nəticələri müvafiq sistemlərdə əks etdirmək.
- 3-cü tərəf tərəfdaşlar və əməkdaşlar üzrə bonus və təşviq ödənişlərinin hesablanmasını həyata keçirmək.
- Aylıq Daxili Nəzarət Hesabatının hazırlanmasına, risklərin təhlili və azaldılması planlarının qurulmasına dəstək vermək.
- CAPEX xərclərinin hərtərəfli monitorinqini aparmaq, dövriyyə kapitalındakı dəyişiklikləri izləmək və aylıq maliyyə bağlanış proseslərinə dəstək olmaq.
- Büdcə və proqnozlaşdırma proseslərində iştirak edərək müntəzəm biznes performans hesabatları təqdim etmək.
Axtardığımız namizədə tələblər:
- Excel proqramında yüksək səviyyədə işləmək bacarığı (Power Query, Power Pivot bilikləri üstünlükdür).
- Məlumat vizuallaşdırma alətləri ilə işləmək bacarığı (Tableau, Power BI və s.).
- Statistik və analitik alətlər üzrə təcrübə (Python, SQL və ya oxşar platformalar).
- Məlumatların çıxarılması, emalı, manipulyasiyası və proseslərin avtomatlaşdırılması/optimizasiyası sahəsində təcrübə.
- Güclü analitik düşüncə və biznes yönümlü yanaşma.
- Strateji düşüncə və kommersiya şüuru, biznes hədəflərini analitik modellərə çevirmə bacarığı.
- Mürəkkəb məlumatları interpretasiya etmək və idarəetmə qərarlarını dəstəkləyən insight-lar təqdim etmək qabiliyyəti.
- Analitik nəticələri və tövsiyələri effektiv təqdim etmək üçün yüksək səviyyəli təqdimat bacarıqları.
- Rəhbərlik və maraqlı tərəflərlə effektiv kommunikasiya və danışıq təcrübəsi.
- Eyni anda bir neçə layihəni idarə etmək və müəyyən edilmiş müddətlərdə tamamlamaq bacarığı.
- Güclü planlama və təşkilati (işgüzar) bacarıqlar.
- Komanda və müştəri yönümlü iş yanaşması.
Sizə nə təklif edirik:
Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:
- Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq
- Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı
- İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı
- Sağlamlıq və rifah dəstəyi – Geniş əhatəsi olan tibbi sığorta və rifah təşəbbüsləri
- Hibrid iş mühiti – Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti
- Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma
- İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti
Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.
Müraciət üçün son tarix: 11.03.2026
About Azercell
At Azercell, we're shaping a sustainable digital future as Azerbaijan’s #1 provider of mobile, fixed, and B2B solutions. We lead with innovation, building secure and scalable infrastructure, accelerating digital adoption, and delivering seamless experiences for individuals, businesses, and the public sector. Powered by data, AI, and automation — and driven by a skilled, inclusive team — we operate with agility, trust, and a commitment to creating long-term value for our people and communities.
Your key responsibilities:
- Conduct monthly variance analyses, comparing budget, forecast, previous year’s results, and deviations.
- Develop and implement internal control mechanisms for various financial and management reports.
- Analyze market performance of products and tariffs and assess their impact on commercial results.
- Prepare presentations on business results, financial performance, and strategic initiatives and present them to management.
- Regularly monitor business trends, identify risks and threats in advance, and provide proactive alerts.
- Prepare annual and periodic planning and forecasting processes, reflecting results in the relevant systems.
- Calculate bonuses and incentive payments for third-party partners and employees.
- Support the preparation of the Monthly Internal Control Report, including risk analysis and mitigation planning.
- Conduct comprehensive monitoring of CAPEX expenses, track changes in working capital, and support monthly financial closing processes.
- Participate in budget and forecasting processes and provide regular business performance reports.
What we look for:
- Advanced proficiency in Excel (knowledge of Power Query and Power Pivot is an advantage).
- Experience with data visualization tools (Tableau, Power BI, etc.).
- Experience with statistical and analytical tools (Python, SQL, or similar platforms).
- Experience in data extraction, processing, manipulation, and process automation/optimization.
- Strong analytical thinking and business-oriented approach.
- Strategic thinking and commercial awareness, with the ability to translate business objectives into analytical models.
- Ability to interpret complex data and provide insights that support management decisions.
- High-level presentation skills to effectively convey analytical results and recommendations.
- Experience in effective communication and discussion with management and stakeholders.
- Ability to manage multiple projects simultaneously and complete them within set deadlines.
- Strong planning and organizational (business) skills.
- Team- and client-oriented work approach.
What we offer you:
At Azercell, we believe our people are our greatest strength. When you join our team, you become part of a forward-thinking, purpose-driven company that values innovation, collaboration, and personal growth. Here's what you can expect:
• A Purposeful Career – Be part of projects that shape the digital future of Azerbaijan.
• Continuous Learning & Development – Access to exclusive training, e-learning platforms, and career growth programs.
• Innovative Work Environment – Join a team that embraces new ideas and technologies.
• Health & Wellbeing Support – Comprehensive medical insurance and wellness initiatives.
• Flexible work arrangements: Our flexible work policies empower you to balance your professional and personal life, fostering a culture of trust and autonomy.
• Competitive Compensation Package – Fair and performance-based rewards.
• Inclusive Culture – A diverse, respectful, and empowering workplace where every voice matters.
Are you ready to shape your future with confidence? Apply today.
Application deadline: 11.03.2026