Bazar Araşdırması üzrə aparıcı mütəxəssis / Market Research senior specialist

Apply now »

Date: Aug 31, 2026

Location: Baku, AZ

Company: Azercell Telecom LLC

Azercell haqqında

 

Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.

 

 

  • Şirkətin biznes strategiyası, kommersiya prioritetləri və təşkilati məqsədləri ilə uyğunlaşdırılmış illik və layihə əsaslı bazar araşdırmaları planlarının hazırlanmasında və icrasında liderlik etmək.
  • Bazar araşdırması layihələrinin ehtiyacların müəyyənləşdirilməsi, araşdırma brief-in hazırlanması, metodologiyanın seçilməsi, nümunə seçiminin aparılması, sual kitabçasının tərtibi və inkişaf etdirilməsi, sahə işləri, data validasiya, analiz və nəticələrin təqdimatına qədər bütün mərhələlərinə rəhbərlik etmək.
  • Kəmiyyət və keyfiyyət tədqiqat metodlarından, o cümlədən CATI, F2F, online surveys, focus groups, interviews, desk research və digər uyğun metodologiyalardan istifadə etməklə kompleks biznes suallarının cavablandırılmasını təmin etmək.
  • Kompleks məlumat dəstlərinin statistik və analitik metodlarla təhlilini həyata keçirmək (reqresiya, , əsas trendləri, davranış nümunələrini və əlaqələri müəyyənləşdirmək və nəticələri biznes üçün actionable insights-a çevirmək.
  • Bazar dinamikalarını, istehlakçı davranışlarını, müştəri ehtiyaclarını, rəqib fəaliyyətlərini, yeni texnologiyaları və emerging trends-i sistemli şəkildə izləmək və onların biznesə potensial təsirini qiymətləndirmək.
  • Araşdırma nəticələrini məhsul, tarif, marketinq, kommunikasiya, satış, CX, digital və digər biznes istiqamətlərinin qərarvermə prosesinə inteqrasiya etmək üçün rəhbərliyə və əsas stakeholder-lərə müstəqil və əsaslandırılmış tövsiyələr təqdim etmək.
  • Kompleks research nəticələrini müxtəlif auditoriyaların ehtiyaclarına uyğun olaraq aydın, strukturlaşdırılmış və təsirli şəkildə təqdim etmək; hesabatlar, management presentations, dashboards (AI, Power BI, Tableu və s.) və digər kommunikasiya formatları hazırlamaq.
  • Araşdırma dizaynının, sahə işləri prosesinin, data keyfiyyətinin, statistik analizlərin və final materialların metodoloji və keyfiyyət standartlarına uyğunluğuna nəzarət etmək.
  • Bazar araşdırmalarında yeni metodologiyaları, analitik yanaşmaları, texnologiyaları və AI-enabled research imkanlarını araşdırmaq və onların biznes üçün tətbiq imkanlarını qiymətləndirmək.
  • Junior və digər komanda üzvlərinə metodologiya, data analysis, research design, presentation və insight generation üzrə mentorluq etmək, komandanın peşəkar inkişafına və bilik mübadiləsinə töhfə vermək.
  • Xarici research agentlikləri və vendorlarla əməkdaşlığı idarə etmək, tender və vendor seçimi proseslərinə mütəxəssis kimi töhfə vermək, layihənin əhatə dairəsi, metodologiya, zamana, keyfiyyət standartlarına, yekun əldə olunacaq materiallara və performans göstəricilərinə nəzarət etmək.

 

Axtardığımız namizədə tələblər:

  • Ali təhsil (biznesin idarə edilməsi, marketinq, statistika, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə).
  • Bazar araşdırması, strateji təhlil sahəsində ən azı 5 il iş təcrübəsi.
  • Müxtəlif tədqiqat metodologiyalarından, statistik analiz proqramlarından və məlumatların vizuallaşdırılması alətlərindən (Tableau / Power BI, SPSS / R / SQL, Excel və Power point) istifadə etməkdə sübut edilmiş təcrübə.
  • Mürəkkəb məlumatları aydın və cəlbedici şəkildə çatdırmaq bacarığı ilə əla ünsiyyət və təqdimat bacarıqları.
  • Güclü strateji təfəkkür, problem həll etmə bacarığı və biznes imkanlarını və problemləri müəyyən etmək üçün fəal yanaşma.
  • Azərbaycan dilində sərbəst, ingilis dilində yaxşı kommunikasiya bacarığı.

 

Sizə nə təklif edirik:

 

Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:

 

  • Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq
  • Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı
  • İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı
  • Sağlamlıq və rifah dəstəyi – Geniş əhatəsi olan tibbi sığorta və rifah təşəbbüsləri
  • Hibrid iş mühiti – Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti
  • Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma
  • İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti

 

Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.

Müraciət üçün son tarix: 13.09.2026

 

About Azercell


At Azercell, we're shaping a sustainable digital future as Azerbaijan’s #1 provider of mobile, fixed, and B2B solutions. We lead with innovation, building secure and scalable infrastructure, accelerating digital adoption, and delivering seamless experiences for individuals, businesses, and the public sector. Powered by data, AI, and automation — and driven by a skilled, inclusive team — we operate with agility, trust, and a commitment to creating long-term value for our people and communities.


Your key responsibilities:

  • Lead the development and execution of annual and project-based market research plans aligned with the Company’s business strategy, commercial priorities, and organizational objectives.
  • Own and lead end-to-end market research projects, covering business requirement identification, research brief development, methodology and sampling design, questionnaire development, fieldwork, data validation, analysis, and presentation of findings.
  • Apply and recommend appropriate quantitative and qualitative research methodologies, including CATI, F2F, online surveys, focus groups, interviews, desk research, and other relevant approaches to address complex business questions.
  • Perform advanced statistical and analytical analysis of complex datasets, identify key trends, behavioral patterns, and relationships, and translate findings into actionable business insights.
  • Monitor and analyze market dynamics, consumer behavior, customer needs, competitor activities, emerging technologies, and industry trends, assessing their potential impact on the business.
  • Translate research findings into strategic recommendations and support decision-making across product, pricing, marketing, communications, sales, CX, digital, and other business areas by providing evidence-based recommendations to senior stakeholders and Management.
  • Communicate complex research findings in a clear, structured, and impactful manner tailored to different audiences, including Management and senior stakeholders, through reports, management presentations, dashboards, and other relevant formats.
  • Ensure the methodological integrity and quality of research design, fieldwork, data collection, statistical analysis, and final research deliverables.
  • Explore and evaluate new research methodologies, analytical approaches, technologies, and AI-enabled research solutions to enhance the effectiveness and efficiency of market research activities.
  • Mentor and provide professional guidance to junior and other team members in research methodology, data analysis, research design, presentation, and insight generation, contributing to continuous knowledge sharing and capability development within the team.
  • Manage third-party research agencies and vendors, contribute to tender and vendor selection processes, and oversee scope, methodology, timelines, quality, deliverables, and overall vendor performance.

What we look for:

  • University degree in Business Administration, Marketing, Statistics, Economics, or a related field.
  • At least 5 years of professional experience in market research, strategic analysis, or a related field with a strong track record of delivering impactful insights.
  • Proven expertise in utilizing various research methodologies, statistical analysis software and data visualization tools (Tableau / Power BI, SPSS / R, SQL, Excel and Power Point).
  • Excellent communication and presentation skills with the ability to convey complex information in a clear and compelling manner.
  • Strong strategic thinking, problem-solving abilities, and a proactive approach to identifying business opportunities and challenges.
  • Fluency in Azerbaijani and good communication skills in English.


What we offer you:


At Azercell, we believe our people are our greatest strength. When you join our team, you become part of a forward-thinking, purpose-driven company that values innovation, collaboration, and personal growth. Here's what you can expect:

•    A Purposeful Career – Be part of projects that shape the digital future of Azerbaijan.
•    Continuous Learning & Development – Access to exclusive training, e-learning platforms, and career growth programs.
•    Innovative Work Environment – Join a team that embraces new ideas and technologies.
•    Health & Wellbeing Support – Comprehensive medical insurance and wellness initiatives.
•    Flexible work arrangements: Our flexible work policies empower you to balance your professional and personal life, fostering a culture of trust and autonomy.
•    Competitive Compensation Package – Fair and performance-based rewards.
•    Inclusive Culture – A diverse, respectful, and empowering workplace where every voice matters.

 

Are you ready to shape your future with confidence? Apply today.

Application deadline: 13.09.2026

 

 

Apply now »