BSS & VAS Platformaları üzrə Mühəndis - BSS & VAS Platforms Engineer / IT Department

Date: Mar 3, 2026

Location: Baku, AZ

Company: Azercell Telecom LLC

 

Azercell haqqında

 

Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.

 

Əsas öhdəliklər:

 

  • Biznesin tələblərinə uyğun servislərin yaradılması və baxımı
  • Problemlərin və xətaların araşdırılması, uyğun həllərin təqdim edilməsi
  • Texniki insident və şikayətlərin araşdırılması
  • Monitorinq və məlumatlandırma tətbiqlərinin daimi inkişaf etdirilməsi
  • Sistemlərdə gələcəyə yönəlik strateji və resurs planlaması
  • Texniki resursların idarə edilməsi, optimallaşdırılması və monitor edilməsi
  • Dokumentasiyaların yazılması və bilik paylaşımı, təqdimatların hazırlanması
  • Mövcud sistemlərin analizi və istəklər əsasında raportlama
  • Linux/Unix sistemlərində problemlərin araşdırılması, mövcud skriptlərin analizi, kodlaşdırılması və optimallaşdırılması
  • Real rejimli sistemlərdə(Charging System) konfiqurasiyaların təyin edilməsi və yoxlanılması
  • Sistem loqlarının analiz edilməsi və antomatlaşdırılması
  • Telekom sistemlərinin arxitekturasının mənimsənilməsi və uyğun həllərin verilməsi.

 

Tələb olunan təcrübə, bilik və texniki bacarıqlar:

 

  • Təhsil: Kompüter Elmləri və ya Riyaziyyat üzrə ali təhsil üstünlükdür
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (yüksək səviyyə)
  • Uyğun sahədə minimum 2 illik iş təcrübəsi
  • Telekom sahəsində iş təcrübəsi
  • Unix/Linux əməliyyat sistemlərində işləmə bacarığı
  • Skript yazma bacarığı(Python, shell)
  • Real rejimli sistemlərlə işləmə bacarığı
  • SQL/PLSQL -lə işləmə təcrübəsi
  • Alqoritmlər haqqında ümumi anlayış
  • İri həcmli datalarla işləmə bacarığı
  • Protokollarla işləmə bacarığı (Diameter, Rest və s).

 

Sizə nə təklif edirik:

 

Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:

 

  • Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq
  • Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı
  • İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı
  • Hibrid iş mühiti – Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti
  • Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma
  • İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti

 

Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.