Alternativ Satış Kanallari üzrə şöbə rəhbəri / Alternative Sales Channels section manager

Apply now »

Date: Aug 21, 2026

Location: Baku, AZ

Company: Azercell Telecom LLC

Azercell haqqında

 

Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.

 

 

  • Azercell məhsul və xidmətlərinin eksklüziv və qeyri-eksklüziv pərakəndə satış məntəqələrindən başqa alternativ satış nöqtələrində və partnyorlarda müştərilərə çatdırılmasının təşkili.
  • Rəqib və bazar tendensiyalarını qiymətləndirmək, düzgün və zamanında proqnozlaşdırmaq və bunlara dair rəhbərlərinə hesabat təqdim etmək.
  • Alternativ satış nöqtələrində Azercell məhsul və xidmətlərinə cavabdeh olan personalın proseslər və xidmətlər haqqında məlumatlandırılmasını təmin etmək.
  • Alternativ Satış şöbəsində yaradılmış layihələrə nəzarət etmək.
  • Departament daxilindəki proses və layihələrin inkişafı üçün ehtiyac olan məsələləri rəhbərliyə bildirmək və lazımı işlərin görülməsinə nəzarət etmək.
  • Yerli bazarda potensial yeni tərəfdaşların və hesabların tədqiqi, texniki-iqtisadi və digər təhlillərin aparılması, onların ekosistemə inteqrasiyası və idarə edilməsi.
  • Məsul olduğu tərəfdaşların fəaliyyətinin nəticələrinə nəzarət etmək
  • Alternativ satış tərəfdaşları ilə Azercell arasında əməkdaşlıq və koordinasiyanı təmin etmək, idarə etmək və nəzarət etməkŞəbəkə sənədləşməsini, standartlarını və əməliyyat prosedurlarını aktual saxlamaq.
  • Audit və risklərin idarə edilməsi fəaliyyətlərini dəstəkləmək.
  • Avadanlıq təchizatçıları, sistem inteqratorları və xidmət provayderləri ilə əlaqələri idarə etmək.
  • Büdcələşdirmə, biznes əsaslandırmasının hazırlanması və investisiya planlaşdırmasında iştirak etmək.
  • Təchizatçıların fəaliyyətini və texnoloji həlləri qiymətləndirmək.

Axtardığımız namizədə tələblər:

  • Ali təhsil (biznesin idarə edilməsi, marketinq, satış, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə).
  • Alternativ satış kanalları, distribusiya, partnyorların idarə edilməsi və ya B2B satış sahəsində ən azı 5 il iş təcrübəsi.
  • Pərakəndə satış və alternativ satış kanallarının inkişafı, yeni satış nöqtələrinin və tərəfdaşların cəlb edilməsi üzrə təcrübə.
  • Bazar və rəqib analizlərinin aparılması, bazar tendensiyalarının müəyyənləşdirilməsi və satış nəticələrinin proqnozlaşdırılması bacarığı.
  • Yeni tərəfdaşların və potensial hesabların araşdırılması, kommersiya potensialının qiymətləndirilməsi və tərəfdaşların ekosistemə inteqrasiyası üzrə təcrübə.
  • Tərəfdaşlarla əməkdaşlığın qurulması, əlaqələrin idarə edilməsi və uzunmüddətli biznes münasibətlərinin inkişaf etdirilməsi bacarığı.
  • Tərəfdaşların fəaliyyət göstəricilərinin monitorinqi, nəticələrin təhlili və effektivliyin artırılması üzrə bacarıqlar.
  • Bir neçə tərəfdaş və satış kanalı ilə eyni vaxtda işləmək, koordinasiya etmək və proseslərə nəzarət etmək bacarığı.
  • Layihələrin və proseslərin idarə edilməsi, icra vəziyyətinin monitorinqi və müəyyən edilmiş problemlərin vaxtında eskalasiyası üzrə təcrübə.
  • Güclü analitik düşüncə, nəticəyönümlülük, danışıqlar aparmaq və problem həll etmək bacarığı.
  • Azərbaycan dilində sərbəst, ingilis və rus dilində yaxşı kommunikasiya bacarığı.

 

Sizə nə təklif edirik:

 

Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:

 

  • Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq
  • Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı
  • İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı
  • Sağlamlıq və rifah dəstəyi – Geniş əhatəsi olan tibbi sığorta və rifah təşəbbüsləri
  • Hibrid iş mühiti – Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti
  • Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma
  • İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti

 

Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.

Müraciət üçün son tarix: 07.09.2026

 

About Azercell


At Azercell, we're shaping a sustainable digital future as Azerbaijan’s #1 provider of mobile, fixed, and B2B solutions. We lead with innovation, building secure and scalable infrastructure, accelerating digital adoption, and delivering seamless experiences for individuals, businesses, and the public sector. Powered by data, AI, and automation — and driven by a skilled, inclusive team — we operate with agility, trust, and a commitment to creating long-term value for our people and communities.


Your key responsibilities:

  • Organizing the distribution of Azercell products and services to customers through alternative sales channels and partners, in addition to exclusive and non-exclusive retail outlets.
  • Evaluating competitors and market trends, making accurate and timely forecasts, and preparing reports on these insights for management.
  • Ensuring that personnel responsible for Azercell products and services at alternative sales points are informed about relevant processes and services.
  • Monitoring projects initiated within the Alternative Sales Department.
  • Identifying and reporting matters requiring attention for the development of processes and projects within the department, and overseeing the implementation of necessary actions.
  • Researching potential new partners and accounts in the local market, conducting technical, economic, and other relevant analyses, and ensuring their integration into and management within the ecosystem.
  • Monitoring the performance and results of responsible partners.
  • Ensuring, managing, and overseeing cooperation and coordination between alternative sales partners and Azercell.

What we look for:

  • University degree in Business Administration, Marketing, Sales, Economics, or a related field.
  • At least 5 years of professional experience in alternative sales channels, distribution, partner management, or B2B sales.
  • Experience in retail sales and the development of alternative sales channels, including the acquisition of new sales points and partners.
  • Ability to conduct market and competitor analysis, identify market trends, and forecast sales performance.
  • Experience in researching new partners and potential accounts, assessing their commercial potential, and integrating partners into the ecosystem.
  • Strong ability to establish and manage partnerships and develop long-term business relationships.
  • Ability to monitor partner performance, analyze results, and identify opportunities to improve effectiveness.
  • Ability to work with, coordinate, and oversee multiple partners and sales channels simultaneously.
  • Experience in project and process management, monitoring implementation progress, and timely escalation of identified issues.
  • Strong analytical thinking, results orientation, negotiation, and problem-solving skills.
  • Fluency in Azerbaijani and good communication skills in English and/or Russian.


What we offer you:


At Azercell, we believe our people are our greatest strength. When you join our team, you become part of a forward-thinking, purpose-driven company that values innovation, collaboration, and personal growth. Here's what you can expect:

•    A Purposeful Career – Be part of projects that shape the digital future of Azerbaijan.
•    Continuous Learning & Development – Access to exclusive training, e-learning platforms, and career growth programs.
•    Innovative Work Environment – Join a team that embraces new ideas and technologies.
•    Health & Wellbeing Support – Comprehensive medical insurance and wellness initiatives.
•    Flexible work arrangements: Our flexible work policies empower you to balance your professional and personal life, fostering a culture of trust and autonomy.
•    Competitive Compensation Package – Fair and performance-based rewards.
•    Inclusive Culture – A diverse, respectful, and empowering workplace where every voice matters.

 

Are you ready to shape your future with confidence? Apply today.

Application deadline: 07.09.2026

Apply now »