AI Motion Graphics Designer
Date: May 18, 2026
Location: Baku, AZ
Company: Azercell Telecom LLC
Azercell haqqında
Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.
Əsas öhdəliklər:
- Azercell-in marketinq kampaniyaları, rəqəmsal platformaları, pərakəndə satış nöqtələrindəki ekranlar və daxili kommunikasiyalar üçün yüksəkkeyfiyyətli hərəkətli qrafika, animasiya və Sİ (AI) tərəfindən yaradılmış vizual məzmunların hazırlanması
- Azercell-in brend qaydalarına və kommunikasiya strategiyasına müvafiq innovativ və Sİ dəstəkli vizual konsepsiyaların, videoməzmunların və motion dizayn həllərinin yaradılması
- Vizual və videoların hazırlanması, animasiyanın təkmilləşdirilməsi, səs sinxronizasiyası və vizual effektlər üçün Sİ əsaslı kreativ alətlərdən istifadə edilməsi
- Kampaniya üçün hekayə lövhəsinin (storyboard), əhvali-ruhiyyə lövhəsinin (moodboard), animasiyaların və kreativ təqdimatların hazırlanmasında iştirak edilməsi
- Vizualların və hərəkətli qrafika (Motion graphics) məzmunlarının müxtəlif kommunikasiya kanallarına, o cümlədən sosial media, küçə ekranları (outdoor), mağazadaxili ekranlar, TV, rəqəmsal bannerlər, tədbirlər və daxili brendinqə müvafiq uyğunlaşdırılması
- Kampaniya hədəflərinə və layihənin son təhvil vaxtına uyğun olaraq Sİ ilə promovideoların, məhsul təqdimatı üzrə vizualların və brend qaydalarına müvafiq olaraq hərəkətli qrafik (Motion graphics) videoların yaradılması
- Süni intellekt, motion dizayn və rəqəmsal kommunikasiya sahəsində qlobal trendlərin izlənilməsi və proaktiv şəkildə innovativ kreativ yanaşmaların və texnologiya həllərinin təklif edilməsi
- Müxtəlif formatlar, ölçülər və platformalar üçün video/səs məzmunlarının yaradılması və redaktə edilməsi
- İstehsal (production) və İstehsaldan sonrakı mərhələdə (Post-production) proseslər zamanı daxili müştərilər və kreativ agentliklər/podratçılarla əməkdaşlıq edilməsi
- Yüksək iş tempində və sıx vaxt qrafiki çərçivəsində eyni vaxtda bir neçə layihənin idarə edilməsi
Axtardığımız namizədə tələblər:
- Motion dizayn, Qrafik dizayn, Multimedia, Vizual kommunikasiya və ya müvafiq sahə üzrə ali təhsil
- Hərəkətli qrafika, animasiya, multimedia dizaynı və ya əlaqəli kreativ sahələrdə 2–5 il iş təcrübəsi
- Hərəkətli qrafika (Motion graphics), animasiya, Sİ vasitəsilə yaradılmış vizuallar və rəqəmsal məzmun layihələrini əks etdirən güclü portfolio
- Adobe After Effects, Premiere Pro, Photoshop və Illustrator kimi motion dizayn və montaj proqramlarında, həmçinin animasiya, imic yaradılması, səs emalı və rəng korreksiyası üçün müxtəlif Sİ alətləri üzərindən peşəkar bacarıqların nümayiş etdirilməsi
- Sosial media, rəqəmsal marketinq kampaniyaları, pərakəndə satış ekranları və reklam platformaları üçün məzmunun yaradılmasında yüksək təcrübə
- Eyni vaxtda bir neçə layihəni idarə etmək bacarığı ilə birlikdə zamanın mükəmməl idarə edilməsi və təşkilatçılıq bacarıqlarının mövcudluğu
Sizə nə təklif edirik:
Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:
- Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq
- Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı
- İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı
- Sağlamlıq və rifah dəstəyi – Geniş əhatəsi olan tibbi sığorta və rifah təşəbbüsləri
- Hibrid iş mühiti – Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti
- Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma
- İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti
Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.
Müraciət üçün son tarix: 31.05.2026
About Azercell
At Azercell, we're shaping a sustainable digital future as Azerbaijan’s #1 provider of mobile, fixed, and B2B solutions. We lead with innovation, building secure and scalable infrastructure, accelerating digital adoption, and delivering seamless experiences for individuals, businesses, and the public sector. Powered by data, AI, and automation — and driven by a skilled, inclusive team — we operate with agility, trust, and a commitment to creating long-term value for our people and communities.
Your key responsibilities:
- Develop high-quality motion graphics, animations, and AI-generated visual content for Azercell’s marketing campaigns, digital platforms, retail screens, and internal communications.
- Create innovative AI-assisted visual concepts, video content, and motion design solutions strictly aligned with Azercell’s brand guidelines and communication strategy.
- Leverage AI-powered creative tools for image generation, video production, animation enhancement, voice synchronization, and visual effects.
- Contribute to the development of campaign storyboards, moodboards, animatics, and creative presentations.
- Adapt visual and motion content for various communication channels, including social media, outdoor screens, retail stores, TV, digital banners, events, and internal branding.
- Create AI-enhanced promotional videos, product launch visuals, and branded motion graphics, ensuring full alignment with campaign objectives and deadlines.
- Monitor global trends in AI, motion design, and digital communication to proactively suggest innovative creative approaches and technologies.
- Optimize and edit video/audio content for diverse formats, resolutions, and platforms.
- Collaborate with internal stakeholders and external creative agencies/vendors throughout the production and post-production phases.
- Manage multiple projects simultaneously while consistently meeting tight deadlines in a fast-paced environment.
What we look for:
- Degree in Motion design, Graphic design, Multimedia, Visual communication, or a related field
- 3–5 years of experience in motion graphics, animation, multimedia design, or related creative roles
- Strong portfolio demonstrating high-quality motion graphics, animation, AI-generated visuals, and digital content
- Advanced proficiency in motion design and editing software, such as Adobe After Effects, Premiere Pro, Photoshop, and Illustrator, as well as various AI tools for animation, image generation, audio processing, and color correction
- Experience in creating content for social media, digital marketing campaigns, retail screens, and advertising platforms
- Excellent time management and organizational skills, with the proven ability to handle multiple projects under tight deadlines
What we offer you:
At Azercell, we believe our people are our greatest strength. When you join our team, you become part of a forward-thinking, purpose-driven company that values innovation, collaboration, and personal growth. Here's what you can expect:
• A Purposeful Career – Be part of projects that shape the digital future of Azerbaijan.
• Continuous Learning & Development – Access to exclusive training, e-learning platforms, and career growth programs.
• Innovative Work Environment – Join a team that embraces new ideas and technologies.
• Health & Wellbeing Support – Comprehensive medical insurance and wellness initiatives.
• Flexible work arrangements: Our flexible work policies empower you to balance your professional and personal life, fostering a culture of trust and autonomy.
• Competitive Compensation Package – Fair and performance-based rewards.
• Inclusive Culture – A diverse, respectful, and empowering workplace where every voice matters.
Are you ready to shape your future with confidence? Apply today.
Application deadline: 31.05.2026