Əməliyyatların Dayanıqlılığı üzrə Aparıcı Mütəxəssis (Operational Resilience Senior Specialist)
Date: May 13, 2026
Location: Baku, AZ
Company: Azercell Telecom LLC
Azercell haqqında
Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.
Əsas öhdəliklər:
- Data mərkəzində təhlükəsizlik və əməliyyat prosedurlarına riayət olunmasını təmin etmək, onların icrasına nəzarət etmək və təşkilatın siyasət və prosedurlarının normativ tələblərə uyğunluğunu qorumaq.
- Avadanlıqların quraşdırılması, yerdəyişməsi və istismardan çıxarılması üçün standartlaşdırılmış prosedurlar hazırlamaq və tətbiq etmək, aktivlərin etiketlənməsini və texniki sənədləşməni təmin etmək.
- Data mərkəzi mühitində daxili əməkdaşların və podratçıların fəaliyyətinə nəzarət etmək, təhlükəsizliyin, hesabatlılığın və müəyyən edilmiş standartlara riayət olunmasını təmin etmək.
- Enerji, soyutma, şəbəkə və təhlükəsizlik sistemlərinin dayanıqlığını və ehtiyat mexanizmlərini təmin etmək; mühəndislik komandaları ilə əməkdaşlıq edərək nasazlıqlara qarşı dözümlülüyü optimallaşdırmaq, failover proseslərini yoxlamaq və kritik zəifliklərin qarşısını almaq.
- Auditləri, yoxlamaları və uyğunluq icmallarını idarə etmək və dəstəkləmək, sənaye üzrə ən yaxşı təcrübələrə və normativ tələblərə uyğunluğu təmin etmək.
- ERM (Enterprise Risk Management) və BCM komandaları ilə birlikdə əməliyyat davamlılığı çərçivələrini hazırlamaq və idarə etmək, infrastrukturun hazırlıq səviyyəsini və təşkilatın risk iştahına uyğunluğunu təmin etmək.
- Təhlükəsizlik və mühitə nəzarət sistemlərinin (CCTV, girişə nəzarət, yanğın təhlükəsizliyi, su sızması, rütubət və temperatur nəzarəti platformaları) optimallaşdırılmasını və vaxtında servis olunmasını təmin etmək.
- CCTV, girişə nəzarət, yanğınsöndürmə və digər siqnalizasiya sistemləri üçün monitorinq panelləri, “health check” prosesləri və avtomatlaşdırılmış xəbərdarlıqlar tətbiq edərək infrastrukturun davamlılığını təmin etmək.
- Ehtiyat nüsxə və bərpa strategiyalarının hazırlanmasına və inkişafına nəzarət etmək, bərpa prosedurlarının sınaqlarını və dəstəkləyici infrastrukturun etibarlılığını yoxlamaq.
Tələb olunan təcrübə, bilik və texniki bacarıqlar:
- Telekommunikasiya mühəndisliyi, İnformasiya Texnologiyaları, Təhlükəsizlik İdarəçiliyi və Audit və ya oxşar sahədə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür).
- CompTIA Network+, Security+, ITIL Practitioner, PMP, CCNA, ISO 22301 lead auditor və ya oxşar beynəlxalq sertifikatlar üstünlük hesab edilir.
- Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rus dili – üstünlük verilir.
- İT və ya təhlükəsizlik həllərinin inteqrasiyası və IT layihələrdə aparıcı mütəxəssis kimi ən azı 2 il təcrübə.
- Insidentlərin idarəedilməsi, əməliyyat risklərinin qiymətləndirilməsi və ya böhranların idarə olunması üzrə təcrübə üstünlük hesab edilir.
- DCIM ilə tanışlıq və data mərkəzi infrastrukturu (enerji, soyutma, yanğın təhlükəsizliyi, şəbəkə) haqqında dərin bilik.
- Analitik düşüncə tərzi və mürəkkəb vəziyyətləri sürətlə qiymətləndirib operativ reaksiya vermək bacarığı.
- Yaxşı təşkilati və layihə idarəetmə bacarıqları, sənədləşmə (prosedurlar, hesabatlar, incident qeydləri) təcrübəsi.
- Çoxşaxəli komandalarla əməkdaşlıq etmək və podratçıların fəaliyyətini koordinasiya etmək bacarığı.
- Öyrənməyə, dəyişikliklərə uyğunlaşmağa və artan məsuliyyət daşıyan rola inkişaf etməyə hazırlıq.
Sizə nə təklif edirik:
Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:
- Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq
- Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı
- İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı
- Hibrid iş mühiti – Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti
- Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma
- İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti
Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.