İstifadəçi Səyahəti və İstifadəçi Təcrübəsi Analitiki / User Journey and UX Analyst
Date: Nov 4, 2025
Location: Baku, AZ
Company: Azercell Telecom LLC
Azercell haqqında
Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.
Əsas öhdəliklər:
- Müştəri Səyahətinin Xəritələnməsi: Mobil tətbiqlərimiz və veb portal üçün başdan-sonadək müştəri səyahəti xəritələri yaratmaq və onları daim yeniləmək, problemləri müəyyənləşdirmək və rahat təcrübələr təklif etmək.
- Funnel İzləmə və Optimallaşdırma: Hər mərhələdə dönüşüm nisbətini ölçmək, itkiləri təhlil etmək və hədəflənmiş təkmilləşdirmələr təklif etmək üçün geniş funnel analitikası tətbiq etmək.
- Davranış Analitikası: Google Analytics və ya Dataroid kimi alətlərdən istifadə edərək istifadəçiləri seqmentləşdirmək, davranış nümunələrini aşkar etmək və bu məlumatları məhsul strategiyasına yönəltmək.
- İstifadəçi Tədqiqatı və Testlər: Hipotezləri təsdiqləmək və dizayn qərarlarını yönləndirmək üçün müsahibələr, sorğular və istifadəçi testləri kimi keyfiyyət tədqiqatlarını planlaşdırmaq və həyata keçirmək.
- Məlumat Toplama Liderliyi: İzləmə tələblərini müəyyənləşdirmək və IT, Big Data və Məhsul Sahibi komandaları ilə əməkdaşlıq edərək hadisələrin düzgün qeydiyyatını və məlumatların bütövlüyünü təmin etmək.
- A/B Testləri: UX hipotezlərini təsdiqləmək və funksional dəyişikliklərin təsirini ölçmək üçün eksperimentlər dizayn etmək, başlatmaq və təhlil etmək.
- Abunəçi-Tətbiq Məlumatlarının İnteqrasiyası: Telekom abunəçi məlumatlarını (istifadə, itki siqnalları) tətbiq daxilindəki davranışla birləşdirərək proqnozlaşdırıcı modellər və fərdiləşdirmə çərçivələri qurmaq.
- Dashboard və Hesabatlar: KPI-ları (aktivlik, saxlanma, əlavə satış göstəriciləri) izləmək və strateji hesabatlar təqdim etmək üçün Tableau, Power BI kimi BI alətlərindən istifadə edərək interaktiv dashboardlar yaratmaq və ad-hoc analizlər aparmaq.
- Funksiyalararası Əməkdaşlıq: Agile sprintlər çərçivəsində Məhsul, Dizayn və İnkişaf komandaları ilə sıx əməkdaşlıq edərək məlumat əsaslı UX təkmilləşdirmələrini prioritetləşdirmək və həyata keçirmək.
- Ideya Liderliyi: Tətbiq analitikası və UX optimallaşdırması sahəsində ən yaxşı təcrübələri araşdırmaq və tətbiq etmək; biznes məqsədləri ilə uyğun innovativ həllər təklif etmək.
Axtardığımız namizədə tələblər:
- Məlumat Analitikası, Kompüter Elmləri, İqtisadiyyat və ya əlaqəli sahədə bakalavr dərəcəsi
- Tətbiq analitikası, UX tədqiqatı və ya məlumat əsaslı məhsul optimallaşdırması sahəsində 2+ il təcrübə (telekom sahəsində təcrübə üstünlükdür)
- Analitika platformalarında praktiki bacarıq (GA, Adobe Analytics, Mixpanel, Amplitude, Dataroid)
- Rəqəmsal platformaların və tətbiqlərin optimallaşdırılması sahəsində təcrübə üstünlükdür
- BI/vizualizasiya alətlərində mütəxəssislik (Tableau, Power BI, Looker)
- A/B test metodologiyaları və alətləri ilə tanışlıq
- İstifadəçi axınlarının xəritələnməsi, wireframe və prototipləmə alətləri ilə tanışlıq (Figma, Adobe XD, Miro)
- Əla analitik düşüncə və detallara diqqət
- SQL bacarıqları və məlumatların işlənməsi/statistik modelləşdirmə üçün Python və ya R ilə təcrübə üstünlükdür
- Agile/Scrum metodologiyaları və məhsul idarəetmə alətləri ilə tanışlıq (JIRA, Confluence)
- Azərbaycan dili – sərbəst; İngilis dili – orta səviyyə
Sizə nə təklif edirik:
Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:
- Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq;
- Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı;
- İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı;
- Sağlamlıq və rifah dəstəyi – Geniş əhatəsi olan tibbi sığorta və rifah təşəbbüsləri;
- Hibrid iş mühiti– Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti;
- Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma;
- İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti.
Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.
About Azercell
At Azercell, we're shaping a sustainable digital future as Azerbaijan’s #1 provider of mobile, fixed, and B2B solutions. We lead with innovation, building secure and scalable infrastructure, accelerating digital adoption, and delivering seamless experiences for individuals, businesses, and the public sector. Powered by data, AI, and automation — and driven by a skilled, inclusive team — we operate with agility, trust, and a commitment to creating long-term value for our people and communities.
Your key responsibilities:
- Customer Journey Mapping: Create and maintain end-to-end journey maps for our mobile apps and web portal - spotting pain points and ideating seamless experiences.
- Funnel Tracking & Optimization: Implement comprehensive funnel analytics to measure conversion at every step, diagnose drop-offs, and recommend targeted improvements.
- Behavioral Analytics: Leverage tools such as Google Analytics or Dataroid to segment users, uncover behavior patterns, and feed insights into product strategy.
- User Research & Testing: Plan and conduct qualitative research-interviews, surveys, usability tests to validate hypotheses and guide design decisions
- Data Capture Leadership: Define tracking requirements and partner with IT, Big Data, and Product Owner teams to ensure accurate event logging and data integrity.
- A/B Testing: Design, launch and analyze experiments to validate UX hypotheses and quantify the impact of feature changes.
- Subscriber-App Data Integration: Merge telecom subscriber data (usage, churn signals) with in-app behavior to build predictive models and personalization frameworks.
- Dashboarding & Reporting: Develop interactive dashboards and perform ad-hoc analyses using BI tools (Tableau, Power BI) to monitor KPIs-engagement, retention, upsell/cross-sell rates and deliver strategic reports.
- Cross-Functional Collaboration: Work closely with Product, Design and Development teams in Agile sprints to prioritize and implement data-backed UX enhancements.
- Thought Leadership: Continuously research and adopt best practices in app analytics and UX optimization; proactively propose innovative solutions that align with business objectives.
What we look for:
- Bachelor’s degree in Data Analytics, Computer Science, Economics or related field
- 2+ years of experience in app analytics, UX research or data-driven product optimization (telecom is a plus)
- Hands-on proficiency with analytics platforms (GA, Adobe Analytics, Mixpanel, Amplitude, Dataroid)
- Experience in optimizing digital platforms or apps is strongly preferred
- Expertise in BI/visualization tools (Tableau, Power BI, Looker)
- Familiarity with A/B testing methodologies and tools
- Familiarity with mapping user flows, wireframing and prototyping tools (Figma, Adobe XD, Miro)
- Excellent analytical problem-solving and attention to detail
- SQL skills and experience with Python or R for data manipulation and statistical modeling is a plus
- Familiarity with Agile/Scrum methodologies and product management tools (JIRA, Confluence)
- Azerbaijani - fluent; English – intermediate
What we offer you:
At Azercell, we believe our people are our greatest strength. When you join our team, you become part of a forward-thinking, purpose-driven company that values innovation, collaboration, and personal growth. Here's what you can expect:
• A Purposeful Career – Be part of projects that shape the digital future of Azerbaijan.
• Continuous Learning & Development – Access to exclusive training, e-learning platforms, and career growth programs.
• Innovative Work Environment – Join a team that embraces new ideas and technologies.
• Health & Wellbeing Support – Comprehensive medical insurance and wellness initiatives.
• Flexible work arrangements: Our flexible work policies empower you to balance your professional and personal life, fostering a culture of trust and autonomy.
• Competitive Compensation Package – Fair and performance-based rewards.
• Inclusive Culture – A diverse, respectful, and empowering workplace where every voice matters.
Are you ready to shape your future with confidence? Apply today.