İnsan Resursları İnformasiya Sistemləri Mütəxəssisi/HRIS Specialist
Date: Apr 21, 2026
Location: Baku, AZ
Company: Azercell Telecom LLC
Azercell haqqında:
Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.
İnsan Resursları İnformasiya Sistemləri mütəxəssisi İnsan Resursları sistemlərinin idarə olunması, optimallaşdırılması və davamlı təkmilləşdirilməsinə cavabdehdir. O, İR əməliyyatlarının səmərəli aparılmasını, məlumatların düzgünlüyünü və biznes ehtiyacları ilə uyğunluğunu təmin edir. Bu vəzifə İR platformalarında (xüsusilə SAP və SuccessFactors) sistem təkmilləşdirmələri, inteqrasiyaları və istifadəçi təcrübəsinin yaxşılaşdırılmasını dəstəkləyir.
Əsas öhdəliklər:
- İnsan Resursları tərəfdaşları ilə əməkdaşlıq edərək sistem boşluqlarını, proses səmərəsizliklərini və avtomatlaşdırma/təkmilləşdirilməsi imkanlarını müəyyən etmək.
- Yeni sistem funksionallıqlarının dizaynı, test edilməsi və tətbiqinə dəstək vermək.
- Gündəlik İnsan Resursları İnformasiya Sistemləri əməliyyatlarını həyata keçirmək (problemlərin həlli, sistem konfiqurasiyasına dəstək, istifadəçi dəstəyi).
- Sistem performansını, fon prosesləri və inteqrasiyaları (məsələn, SAP və SuccessFactors) izləmək, problemləri vaxtında aşkar edib həll etmək.
- Sistem problemlərinin araşdırılması və effektiv, dayanıqlı həllərin tətbiqi üçün IT və xarici vendorlarla koordinasiya etmək.
- Effektivliyi və istifadəçi təcrübəsini artırmaq üçün avtomatlaşdırılmış iş axınların və rəqəmsal İR proseslərinin inkişafına töhfə vermək.
- SuccessFactors modulları üzrə funksional dəstək göstərmək, sistemin stabil işləməsini və istifadəçi məmnuniyyətini təmin etmək.
- İR sistemlərində məlumatların dəqiqliyini, uyğunluğunu və məxfiliyini qorumaq.
- Məlumatların mütəmadi auditini və yoxlanmasını aparmaq, uyğunsuzluqları aşkar edib düzəlişlər etmək.
- Məlumat idarə olunması standartlarının, nəzarət mexanizmlərinin və ən yaxşı təcrübələrin qurulmasına və tətbiqinə dəstək vermək.
- Sistem konfiqurasiyalarını, prosesləri və dəyişiklikləri sənədləşdirmək, məlumat davamlılığını və uyğunluğunu təmin etmək.
Axtardığımız namizədə tələblər:
- İnsan Resursları, İnformasiya Sistemləri, Maliyyə, Riyaziyyat, İqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür).
- İnsan Resursları İnformasiya Sistemlərinin idarəedilməsi, implementasiyası və ya dəstək rollarında minimum 3–5 il iş təcrübəsi.
Üstünlük hesab edilir:
- SAP HCM və/və ya SAP SuccessFactors üzrə praktiki təcrübə.
- İR əməliyyatları və ya kross-funksional İR layihələrində təcrübə.
- Sistem inteqrasiyaları (API-lər, middleware, CPI və s.) üzrə təcrübə.
- İR analitika və hesabat alətləri üzrə bilik (məsələn, People Analytics, Power BI).
- Sistem test metodologiyaları üzrə təcrübə (UAT, regresiya testləri).
- Məlumatların məxfiliyi və təhlükəsizlik standartları üzrə anlayış.
- İRİS ekosistemləri (məsələn, SAP S/4HANA, SuccessFactors, Workday, Oracle, 1C və s.) ilə tanışlıq.
Tələb olunan bacarıqlar:
- Güclü analitik və problem həll etmə bacarıqları, detallara diqqət.
- Effektiv planlaşdırma və təşkilatçılıq bacarıqları, eyni anda bir neçə prioriteti idarə edə bilmə.
- İR prosesləri və məlumat strukturları üzrə anlayış.
- Microsoft Office proqramlarında, xüsusilə Excel-də (data analizi, hesabat) yüksək səviyyədə işləmə bacarığı.
- Texniki və qeyri-texniki tərəflərlə effektiv işləmək üçün güclü kommunikasiya bacarıqları.
- Azərbaycan və İngilis dillərində (yazılı və şifahi) yaxşı səviyyədə, Rus dili üstünlük sayılır.
Sizə nə təklif edirik:
Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:
- Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq;
- Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı;
- İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı;
- Sağlamlıq və rifah dəstəyi – Geniş əhatəsi olan tibbi sığorta və rifah təşəbbüsləri;
- Hibrid iş mühiti– Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti;
- Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma;
- İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti.
Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.
Son müraciət tarixi: 05.05.2026
About Azercell
At Azercell, we're shaping a sustainable digital future as Azerbaijan’s #1 provider of mobile, fixed, and B2B solutions. We lead with innovation, building secure and scalable infrastructure, accelerating digital adoption, and delivering seamless experiences for individuals, businesses, and the public sector. Powered by data, AI, and automation — and driven by a skilled, inclusive team — we operate with agility, trust, and a commitment to creating long-term value for our people and communities.
The HRIS Specialist is responsible for the administration, optimization, and continuous improvement of HR systems, ensuring efficient HR operations, data integrity, and alignment with business needs. The role supports system enhancements, integrations, and user experience across HR platforms, with a strong focus on SAP and SuccessFactors environments.
Your key responsibilities:
- Collaborate with HR stakeholders to identify system gaps, process inefficiencies, and opportunities for automation and improvement.
- Support the design, testing, and implementation of new system functionalities, enhancements, and releases.
- Perform day-to-day HRIS administration, including issue resolution, system configuration support, and user assistance.
- Monitor system performance, background jobs, and integrations (e.g., SAP and SuccessFactors), ensuring timely issue detection and resolution.
- Coordinate with IT and external vendors to investigate system issues and implement effective, scalable solutions.
- Contribute to the development of automated workflows and digital HR processes to improve efficiency and user experience.
- Provide functional support across SuccessFactors modules, ensuring stable system operations and high user satisfaction.
- Maintain and ensure data accuracy, consistency, and confidentiality across HR systems.
- Conduct regular data audits and validations, identifying discrepancies and implementing corrective actions.
- Support the establishment and enforcement of data governance standards, controls, and best practices.
- Document system configurations, processes, and changes to ensure knowledge continuity and compliance.
What we look for:
- Bachelor’s degree in HR, Information Systems, Finance, Mathematics, Economics, or a related field (master’s degree is an advantage).
- Minimum 3–5 years of experience in HRIS administration, implementation, or support roles.
As an advantage:
- Hands-on experience with SAP HCM and/or SAP SuccessFactors.
- Experience in HR operations or cross-functional HR projects.
- Experience with system integrations (APIs, middleware, CPI, etc.).
- Knowledge of HR analytics and reporting tools (e.g., People Analytics, Power BI).
- Experience in system testing methodologies (UAT, regression testing).
- Understanding of data privacy and security standards.
- Familiarity with HRIS ecosystems (e.g., SAP S/4HANA, SuccessFactors, Workday, Oracle, 1C).
Required Skills:
- Strong analytical and problem-solving skills with high attention to detail.
- Effective planning and organizational skills, with the ability to manage multiple priorities.
- Good understanding of HR processes and data structures.
- Proficiency in Microsoft Office tools, especially Excel (data analysis, reporting).
- Strong communication skills with the ability to work with both technical and non-technical stakeholders.
- Good command of Azerbaijani and English (written and verbal). Russian is an advantage.
What we offer you:
At Azercell, we believe our people are our greatest strength. When you join our team, you become part of a forward-thinking, purpose-driven company that values innovation, collaboration, and personal growth. Here's what you can expect:
• A Purposeful Career – Be part of projects that shape the digital future of Azerbaijan.
• Continuous Learning & Development – Access to exclusive training, e-learning platforms, and career growth programs.
• Innovative Work Environment – Join a team that embraces new ideas and technologies.
• Health & Wellbeing Support – Comprehensive medical insurance and wellness initiatives.
• Flexible work arrangements: Our flexible work policies empower you to balance your professional and personal life, fostering a culture of trust and autonomy.
• Competitive Compensation Package – Fair and performance-based rewards.
• Inclusive Culture – A diverse, respectful, and empowering workplace where every voice matters.
Are you ready to shape your future with confidence? Apply today.
Application deadline: 05.05.2026